Oqtay Şirəliyevdən yeni – Təyinat

Oqtay Şirəliyevdən yeni – Təyinat

Müəllif: Redaktor

Editor

3A64ED21-D4B1-42F6-A5B2-106CBE49F784_w987_r1_sAğcabədi Rayon Mərkəzi Xəstəxanasına RMX yeni baş həkim təyin edilib.

Səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Azad Vaqif oğlu Hüseynov Ağcabədi RMX-nin baş həkimi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Hüseynov bundan əvvəl akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində kiçik elmi işçi kimi fəaliyyət göstərib.

Xatırladaq ki, bundan əvvəl Ağcabədi RMX-da baş həkim vəzifəsini Novruz Abbasov tutub. O, bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilib.

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti