“Oqtay Zülfüqarovun ölümü mədəniyyətimiz üçün böyük itkidir”

Müəllif: Redaktor

Editor

ebilf

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev bildirib ki, Oqtay Zülfüqarovun ölümü mədəniyyətimiz üçün böyük itkidir:

“Bu gün Azərbaycan musiqi salnaməsində özünəməxsus, parlaq bir yeri olan bəstəkarımız dünyasını dəyişib.

Qeyd etmək istərdim ki, onun yaradıcılığı vacib bir təbəqəyə həsr olunub. O uşaqlarla bağlı maraqlı əsərlər yaradıb. Uzun illər Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbər vəzifəsində çalışıb. Onun əsərləri ilə biz gəncliyimizi yada salırıq. Uşaqların mədəni tərbiyəsində Oqtay müəllimin musiqisinin rolu əvəzsizdir. Onun gözəl ailəsi, davamçıları var. Oğlu da bəstəkarlıqla məşğuldur, uşaqlar üçün musiqi nümunələri yaradır.

Demək istəyirəm ki, Azərbaycan bəstəkarlıq məktəbində özünəməxsus, dəyərli iz qoydu. Allah ona rəhmət eləsin”.

Bəstəkarla vida mərasimi bitib. O musiqi sədaları altında, alqışlarla son mənzilə yola salınıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır