!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordudan qovulan general və admirallar Amerikaya bağlıdırlar” - CIA-nın “qarın ağrısı” bəlli oldu

!Reklam – Yazi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sabiq müşaviri Henri Berki Vaşinqtonda keçirilən toplantıdakı çıxışında Türkiyə ilə bağlı maraqlı məqamlara toxunub.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, 15 iyul uğursuz çevriliş günü FETÖ-nü təbliğ edən, Şimali İraq da daxil olmaqla, gülənçilərin toplantılarına qatılan, “Elmli İslam” nəzəriyyəsinin müəlliflərindən biri olan CIA-nın keçmiş müşaviri Henri Berki Vaşinqtonda Partiyalarüstü Siyasət Mərkəzində təşkil edilən paneldə ABŞ-Türkiyə münasibətlərini dəyərləndirib.

Vudro Vilson Mərkəzinin Yaxın Şərq üzrə proqramının da direktoru olan Berki Suriya böhranının ABŞ-Türkiyə münasibətlərinə təsirindən danışıb. Onun sözlərinə görə, Türkiyənin artıq Bəşər Əsədin hakimiyyətdən getməsini təkid etməməsi PKK-nın qolu olan YPG-nin zəiflədilməsi məqsədindən irəli gəlir.

Berki əlavə edib ki, YPG məsələsində Amerika ilə mövqelərinin toqquşması Türkiyənin Rusiya ilə yaxınlaşmasının əsas səbəblərindən biridir. İndiki şəraitdə Türkiyənin NATO-nu tərk edəcəyini düşünmədiyini deyən Berki Ankara ilə Şimali Atlantika Alyansı arasında problemin əsas səbəbini açıqlayıb:

“Türkiyə ilə NATO arasında əsas problem 15 iyul çevriliş cəhdindən sonra ABŞ-a bağlı olan 100-dən çox general və admiralın ordudan qovulmasıdır. Onların yerinə təyin edilənlərin daha milliyyətçi dünyagörüşünə malik olduqlarını görürük. Bu, Türkiyə ilə NATO münasibətləri baxımından təhlükəli tendensiyadır”.

Yeniçağ.Az

www.yenicag.az

687
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv