www.sinerjipro.net

SinerjiProWide
Reklam

8-300x203Yanvarın 6-da Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərinin 22 ili tamam olur.

Horadiz əməliyyatı 1993-cü ilin dekabrından başlayıb, 6 yanvar tarixinə kimi davam edib.
Həmin vaxt ermənilər Sarkisyanın əmri ilə Beyləqana hücum ediblər.

Hücumun qarşısını kəsən milli ordumuz əks-hücuma keçərək, qısa müddətdə Füzuli rayonunun böyük hissəsini azad edib. Döyüşlər Füzuli və Cəbrayılın şəhər mərkəzlərində davam edib, ordumuzun bölmələri Xudafərin körpüsünə kimi irəliləyiblər. Lakin əməliyyatı tam müvəffəqiyyətlə başa çatdırmaq mümkün olmayıb. Ermənilərin köməyinə yeni bölmələr gəldi.

Aramsız atışmalar sonrasında Azərbaycan Milli Ordusu Horadiz qəsəbəsini və Füzulinin 20 arazboyu kəndini, o cümlədən Cəbrayılın Cocuq Mərcanlı kəndini işğaldan azad edə bildi. 21 min hektar ərazi düşmən tapdağından xilas olundu. Bu döyüşlərdə erməni tərəfin itkiləri 1,5-2 dəfə Azərbaycan tərəfindən çox oldu.

Horadiz əməliyyatı Azərbaycan Milli Ordusunun 1994-cü ilin qış kampaniyasında keçirdiyi ən uğurlu əməliyyat olub.

Horadiz əməliyyatında iştirak edən 702-ci briqada 5 yanvar tarixində bir gün ərzində qənimət olaraq 3 tank, 1 ədəd “Şturm-S”, 6 ədəd top, 6 ədəd top qoşqusu, 10-a yaxın nəqliyyat vasitəsi, çoxlu sayda silah və sursat götürüb. Düşmən ağır itkilər verərək cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

Videoda Horadizi ermənilərdən azad edən Milli ordunun komandirlərindən biri, “qara polkovnik” kimi tanınan mərhum Fətullah Hüseynov tərəfindən endirilərək cırılan erməni bayrağı daha sonra Azərbaycan əsgərləri tərəfindən ayaqqabı silmək üçün adi əski parçasına çevrilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 37
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."