!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ordumuzun cəbhədə əldə etdiyi uğurlardan qürur duydum”

!Reklam – Yazi

nerimaneliyevvMilli Məclisin deputatı Nəriman Əliyev Aktual.az-a müsahibə verib. O, müsahibədə son günlər ölkə gündəmində olan hadisələrə və bir sıra aktual məsələlərə münasibət bildirib.

Müsahibəni təqdim edirik:

– Nəriman müəllim, son günlər cəbhədə baş verən hadisələr gündəmin əsas mövsusudur. Bilirsiniz ki, ordumuz bir neçə strateji yüksəkliyi işğaldan azad etdi və düşmən xeyli itki verdi. Bu barədə sizin fikrinizi bilmək istərdik…

– Çox aktual sualdır. Bilirsiniz, bu hadisə göstərdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı hər an azad etməyə hazırdır. Cəbhə xəttində baş verən hadisələr düşməni ciddi qorxuya salıb. Bu gün İrəvanda da narahatlıqlar açıq hiss olunur. Artıq ermənilər Sarkisyan rejiminin nə qədər təhlükəli olduğunu vurğulamaqla yanaşı, qorxaq olduğunu da bəyan edirlər. Sarkisyan hökuməti cəbhədə verilən itkiləri xalqdan gizlətməklə Ermənistanda sosial narazılıq yaradıb. Mən ordumuzun cəbhədə əldə etdiyi uğurlardan qürur duydum. Bu hadisə bir daha göstərdi ki, cəbhə xəttində baş verən bütün hadisələr Ali Baş Komandan İlham Əliyevin diqqət mərkəzindədir. Azərbaycan xalqı əmin ola bilər ki, onun güclü ordusu və bu ordunun qətiyyətli, iradəli Ali Baş Komandanı var. Prezidentimiz çıxışında da vurğuladı ki, biz torpaqlarımıza qayıdacağıq. Mən də buna əminəm və inanıram ki, dümən gerçəkləri qəbul edib tarixi həqiqətlə barışacaq. Fikir verdinizsə, Ordumuzun cavab atəşindən sonra işğalçılar yalvarışa başlamışdılar. Ermənistanda ciddi iqtisadi böhran yaşanır. Əgər işğalçı ölkə bu siyasətini davam etdirsə, daha böyük iqtisadi çöküş qaçılmaz olacaq.

Bəs onda Ermənistan tərəfi niyə tez-tez atəşkəsi pozur?

– Bu qorxunun əlamətidir. Ermənistan ordusunda özbaşınalıq halları hər gün artır. Bunu erməni mətbuatı da açıq şəkildə yazır. Amma ordakı rejim öz mövcudluğunu qorumaq və dırnaq arası desək, güclü olduğunu göstərmək üçün belə təxribatlara yol verir. Bütün bunlar isə mənasız çabalardır. Özünüz də gördünüz ki, son olaylar Ermənistan ordusunun hansı durumda olduğunu ortaya qoydu.

Cəbhədə müharibə ab-havası Azərbaycan cəmiyyətində də ciddi bir ruh yüksəkliyinin olduğunu göstərdi…

– Bəli, xalqımız vətənpərvər, torpağının hər qarışısını sevən, buna görə göz qırpmadan ölümə getməyə, şəhid olmağa hazır xalqdır. Amma ermənilərdə əksinədir. Ermənistanda əhali aclıq və səfalət üzündən ölkəni tərk edir. Belə bir xaos olan ölkədə kim müharibəyə getmək istəyər? İkincisi də, işğal olunan bizim torpaqlardır və cəbhədə bizim istənilən addımımız müdafiə xarakterlidir. Biz vətənimizi düşməndən müdafiə edirik, kiminsə torpağına göz dikməmişik. Ona görə də Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək istəyi qürurvericidir və mütləq biz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlara qayıdacağıq.

– Amma bu hadisələrin fonunda Azərbaycanı istəməyən qüvvələr də az deyil…

– Təbii ki, əleyhimizə həm daxildə, həm də xaricdə kampaniya aparan qüvvələr, ölkəmizin inkişafını gözü götürməyənlər var. Amma sizi əmin edim ki, bütün bunlar heç bir nəticə verməyəcək. Əbəs yerə özlərini hörmətdən salıb Azərbaycana qarşı çirkin kampaniyalar aparırlar. Azərbaycan Cənubi Qafqazın ən inkişaf etmiş ölkəsidir və bundan sonra da belə olacaq.

– Yeri gəlmişkən, millət vəkili olaraq, bu vaxt ərzində seçicilərinizlə görüşləriniz oldumu? Nələri müşahidə etdiniz?

Seçicilərimizlə tez-tez görüşürük. Onların problemləri ilə maraqlanır, bu problemləri aradan qaldırmağa çalışırıq. Biz bu hadisələrdə Azərbaycan xalqının bütövlüyünü, birliyini müşahidə etdik.

– Son günlər haqqınızda mediada çox yazılır? Bunların səbəbi nədir?

– Sizi əmin edim ki, o informasiyalar yalandır. Bu barədə bir neçə dəfə danışmışam. Hərə öz yalananını həqiqət kimi çatdırmağa çalışır. Amma Azərbaycanda söz azadlığı var. Mən kiməsə qadağa qoya bilmərəm ki, haqqımda nəsə yazmayın. Amma arzu edərdim ki, varsa, həqiqəti yazsınlar, yoxsa böhtan və yalan heç kəsə başucalıq gətirmir. Seçicilərim də, vicdanlı jurnalistlər belə yazılara inanan deyil, zəng edir, mənə dəstək durduqlarını bildirirlər. Amma mən onlara da deyirəm, Sizə də deyim, belə yazılar yalan olduğu üçün məni əndişələndirmir. Nə qədər istəyirlər yazsınlar. Mən torpağıma, millətimə və dövlətimə sadiq adamam, seçicilərimə xidmət göstərirəm.

Ölkədə aparılan son islahatlar barədə nə deyə bilərsiniz?

– Azərbaycan gündən-günə inkişaf edir. Hər şey Cənab Prezidentin nəzarətindədir. Onun apardığı islahatlar xalqımızın rifah halının yüksəlməsinə xidmət edir. Hər kəsi Prezidentin yanında olmağa çağırıram. Məhz onun ardıcıl və düşünülmüş siyasəti nəticəsində Azərbaycan böyük uğurlara imza atıb, bundan sonra da atacaq. Bu islahatlar da məhz ölkəmizin gələcək inkişafına hesablanıb.

www.yenicag.az

631
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv