Ordumuzun şəhid olmuş əsgəri Ağdamda dəfn olunub-FOTO

Ordumuzun şəhid olmuş əsgəri Ağdamda dəfn olunub-FOTO

Müəllif: Redaktor

Editor

fd6871182506c993d1fd233730321dc0Ötən gecə Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində şəhid olan hərbçi Vəliyev Rauf Fəxrəddin oğlu Ağdamda dəfn edilib.

1991-ci il təvəllüdlü Rauf Vəliyev yaşadığı Ağdam rayonu Ayaq Qərvənd kəndində torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri və Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri iştirak edib.

Qeyd edək ki, sentyabrın 27-də gün ərzində və 28-ə keçən gecə Silahlı Qüvvələrimizin bölmələrinin qabaqlayıcı tədbirləri nəticəsində qoşunların təmas xəttində düşmənin fəallaşmaq cəhdinin qarşısı alınıb.

Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.

Düşmənlə ağır döyüşlərdə cəbhənin müxtəlif istiqamətlərində Silahlı Qüvvələrimizin 3 hərbi qulluqçusu – Vəliyev Rauf Fəxrəddin oğlu, Əhmədzadə Neman İspəndiyar oğlu və Mustafazadə Zöhrab Namiq oğlu şəhid olub(APA).

Xəbərlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti