yenicag.az

Türkdilli ölkələr ortaq tarixi öyrənəcəklər – FOTO

Türkdilli ölkələr ortaq tarixi öyrənəcəklər – FOTO

Müəllif: resul

Editor

15673276_10154702240942752_582741906_nOrtaq Türk Tarixi dərsliyi Türk Şurasına üzv ölkələrinin tədris planına daxil olunacaq.

Bu barədə Astanada Beynəlxalq Türk Akademiyasının 2016-cı il hesabat konfransında məlumat verilib.

Beynəlxalq Türk Akademiyası (TWESCO) Türkdilli ölkələrin müstəqilliklərinin 25-ci ildönünümü münasibətilə Akademiyanın son illərdə gördüyü işlərin hesabat toplantısını keçirib. Tanınmış dövlət xadimləri, səfirlər, diplomatlar və elm adamlarının iştirakı ilə baş tutan toplantının moderatorluğunu TWESCO prezidenti Darxan Kıdırali edib. O, Qazaxıstanla yanaşı, Azərbaycan, Qırğızıstan və digər Türk dövlətlərinin müstəqilliklərinin 25-ci ildönümünü qeyd etdiyini vurğulayıb və bu münasibətlə təbriklərini çatdırıb. Akademiyanın son illərdə gördüyü işlər və həyata keçirdiyi tədbirləri haqqında iştirakçılara ətraflı məlumat verilib. D.Kıdırali qeyd edib ki, TWESCO ayrılıqda və digər beynəlxalq təşkilatlarla birlikdə ümumilikdə 70-ə yaxın tədbir həyata keçirib. Tədbirlərin coğrafiyası da geniş olub və ABŞ, Azərbaycan, Çin, Hindistan, Qırğızıstan, Monqolustan, Macarıstan, Rusiya Federasiyası, Türkiyə kimi ölkələri əhatə edib. Elmi layihələr çərçivəsində hazırlanan Ortaq Türk Tarixi dərsliyi Türk Şurasına üzv ölkələrinin səlahiyyətli qurumları tərəfindən təsdiq edilib və yeni tədris ilindən etibarən orta məktəblərin tədris planına daxil olunacaq.

Bununla yanaşı, Akademiyanın ekspertlər qrupu tərəfindən Ortaq Türk Ədəbiyyatı və Ortaq Türk Coğrafiyası dərsliklərinin konsepsiyaları hazırlanaraq, Türk Şurasına üzv ölkələrin müvafiq qurumlarına göndərilib.

Beynəlxalq Türk Akademiyası il 12 kitab hazırlayıb. Akademiyanın nəzdindəki Türk Muzeyi 246 yeni unikal eksponatla daha da zənginləşib. Muzeyin fonduna Monqolustanda reallaşdırılan “Tanrı Dağından Ötükenə” beynəlxalq ekspedisiya qrupunun fəaliyyəti zamanı aşkar edilən qiymətli tapıntılar da əlavə olunub.

Toplantıda tanınmış ictimai xadim və diplomatlar, Mırzatay Joldasbekov, Türk Şurası Ağsaqqallar Şurasının üzvü Adil Əhmədov və Qazaxıstan Elmlər Akademiyasının müxbir üzvü Bolat Kömekov çıxış edərək, Türk dövlətlərinin müstəqilliklərinin 25-ci İldönümü münasibətilə təbriklərini çatdırıblar.

Sonda səfir Qazaxıstanın İrandakı səfiri Bagdat Amreyev və Monqolustanın Qazaxıstandakı səfiri Jagir Suhee Türk Dünyasının inteqrasiyasına töfhələrinə görə TWESCO-nun medalı ilə mükafatlandırılıblar.

Yenicag.az

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti