!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Oskar" mükafatının qalibləri açıqlanıb

!Reklam – Yazi

Nüfuzlu “Oskar” mükafatının qalibləri məlum olub.

“Ay işığı” ilin ən yaxşı filmi nominasiyasında qalib olub.

“La-La Lend” filmində çəkilmiş Emma Stoun ən yaxşı qadın, “Dənizkənarı Mançester” filmində rol almış Keysi Afflek isə ən yaxşı kişi rolu nominasiyasında “Oskar” mükafatına layiq görülüb.

“La-La-Lend”-in rejissoru Damyen Şazel ən yaxşı rejissor işi nominasiyası üzrə qalib olub.

“La-La-Lend” filmində səslənən “City of Stars” (“Ulduzlar şəhəri”) kompozisiyası ən yaxşı mahnı, filmin bəstəkarı Castin Qurvits isə ən yaxşı bəstəkar elan edilib. Linus Sandqren “La-La-Lend” filmində ən yaxşı operator işinə görə “Oskar” qazanıb. “La-La-Lend” həmçinin ən yaxşı quruluşçu-rəssam işi nominasiyasında da mükafatı qazanıb.

Ən orijinal ssenari nominasiyasında “Dənizkənarında Mançester” filmi “Oskar” qazanıb.

“Zveropolis” ilin ən yaxşı animasiya filmi hesab edilib. ABŞ-a gəlməkdən imtina edən iranlı rejissor, “Oskar” laureatı Əsgər Fərhadinin çəkdiyi “Kommivoyajer” ən yaxşı əcnəbi film nominasiyasında “Oskar”a layiq görülüb.

Ən yaxşı vizual effektlərə görə “Cuqli kitabı” mükafata yiyələnib.

Suriya müharibəsindən bəhs edən “Ağ dəbilqələr” filmi ən yaxşı qısametrajlı sənədli film, “O.Cey Amerikada istehsal edilib” filmi ən yaxşı tammetrajlı sənədli film nominasiyalarında “Oskar”-a layiq görülüb.

Viola Devis ən yaxşı ikinci plan aktrisası nominasiyasında “Oskar” qazanıb.

Yeniçağ.az

www.yenicag.az

672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv