Ostankino qülləsini ildırım vurdu – VİDEO

Müəllif: Redaktor

Editor

Ostankino_qullesi1468492048Sosial şəbəkələrdə Moskvadakı Ostankino qülləsini ildırım vurması ilə bağlı video yayılıb.

Modern.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, Moskvada qasırğa iyulun 13-də axşam saatlarında olub.

Paytaxta aylıq normanın 35 faizi qədər yağıntı düşüb. Fırtınalı külək şəhərdə 1000-ə yaxın ağacı kökündən aşırıb.

Ağacların aşması nəticəsində 120-dən çox avtomobilə də ziyan dəyib.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır