“Otel işçisi dedi ki, tüstü çıxır” – yük maşını yandı – VİDEO

“Otel işçisi dedi ki, tüstü çıxır” – yük maşını yandı – VİDEO

Müəllif: Redaktor

Editor

unnamed-10İmişlidə tikinti materialları ilə dolu olan yük maşını yanıb.

ARB TV xəbər verir ki, rayona tikinti materialları satmaq məqsədilə gələn Oğuz sakini Rəşad İbrahimova məxsus “Hyundai” markalı avtomobilin yük yerində qəfil tüstülənmə başlayıb.

Qısa müddətdə alov yükü cənginə alıb. Əraziyə İmişli Rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Maşın yanğından mühafizə edilsə də, yük yerində olan malların xeyli hissəsi sıradan çıxıb. Sürücünün sözlərinə görə, avtomobildə 50 min manatlıq tikinti materialı olub.

Rəşad İbrahimov – Sürücü: “Otelə təzə girib, otel işçisi ilə söhbət edirdim. Otel işçisi dedi ki, maşından tüstü çıxır. Zəng etdik yanğınsöndürənə. Tez gəldilər. Amma gördüyünüz kimi çox malım yanıb”.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası tüstüdən zəhərlənən Rəşad İbrahimova yardım göstərib.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti