Ötən ay mobil opeartorlarla bağlı mənfi və müsbət xəbərlərin analizi

Müəllif: Redaktor

Editor

7976Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin Sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. Şirkət dövlət mobil operatorlarla bağlı sentyabr ayı üzrə məlumatları təqdim edir. 2015-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda mobil operatorlarla əlaqəli 1419 xəbər yerləşdirilib. Bunlardan 96 xəbər mənfi, 45 xəbər müsbət və 1278 xəbər isə neytraldır. Mənfi xəbərlər Azercell – 55 xəbər, Nar Mobile – 23 xəbər və Bakcell – 18 xəbər bölünüblər. Müsbət xəbərlərin hamısı Bakcell ilə əlaqəlidir. Xəbər sayına görə sıralama:

1. AzerCELL 613 xəbər

2. BakCELL 542 xəbər

3. Nar Mobile 256 xəbər

4. NaxTel 8 xəbər Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 176 xəbər dərc edilib. Bu xəbərlərdən 153-ü neytral, 14-ü müsbət, 9-u isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Azercell (8 xəbər) fərqlənir. Bakcell isə müsbət xəbərlər arasında 12 xəbərlə liderdir. Xəbər sayına görə sıralama:

1. AzerCELL 84 xəbər

2. BakCELL 71 xəbər

3. Nar Mobile 19 xəbər

4. NaxTel 2 xəbər Sentyabr ayında televiziya kanallarında mobil operatorlarla haqqında 3 xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1. AzerCELL2 xəbər

2. Nar Mobile 1 xəbər


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir