Ads by Google

hightechnic
Ads by Google

studentiAzərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2015-ci ilin Sentyabr ayı üzrə analiz işini yekunlaşdırıb. Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1200 sayt (o cümlədən, 400 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Şirkət dövlət universitetlər ilə bağlı Sentyabr ayı üzrə məlumatları təqdim edir. 2015-ci ilin Sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda universitetlərlə əlaqəli 10019 xəbər yerləşdirilib. Bunlardan 563 xəbər mənfi, 113 xəbər müsbət və 9343 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Bakı Asiya Universiteti (313 xəbər), Gəncə Dövlət Universiteti (60 xəbər), Elm və Təhsil Mərkəzi Təfəkkür Universiteti (51 xəbər). Bakı Dövlət Universiteti isə müsbət xəbərlər arasında 71 xəbərlə liderdir. Xəbər sayına görə sıralama:

1. Bakı Dövlət Universiteti (BDU) 1561 xəbər

2. Azərbaycan Dövlət İqtisad Universiteti 810 xəbər

3. Azərbaycan Tibb Universiteti 785 xəbər

4. Azərbaycan Dillər Universiteti 600 xəbər

5. Bakı Ali Neft Məktəbi 484 xəbər Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 978xəbər dərc edilib. Bu xəbərlərdən 956-ı neytral, 5-i müsbət, 17-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Bakı Asiya Universiteti (14 xəbər) fərqlənir.Xəbər sayına görə sıralama:

1. Bakı Dövlət Universiteti 198 xəbər

2. Azərbaycan Tibb Universiteti 91 xəbər

3. Bakı Ali Neft Məktəbi 63 xəbər

4. Azərbaycan Dövlət İqtisad Universiteti 59 xəbər

5. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 55 xəbər Sentyabr ayında televiziya kanallarında komitələr haqqında 224xəbər göstərilib. Xəbər sayına görə sıralama:

1. AMK Azərbaycan Milli Konservatoriyası 21 xəbər

2. Azərbaycan Tibb Universiteti 21 xəbər

3. Bakı Dövlət Universiteti (BDU) 21 xəbər

4. ADİU Azərbaycan Dövlət İqtisad Universiteti 18 xəbər

5. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 14 xəbər

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."