“Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilib

Müəllif: Redaktor

Editor

25.05.2016-cı il tarixdə Nəsimi rayon İcra Hakimiyyətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2016-cı ilin Tədbirlər Planı çərçivəsində Bakı şəhəri rayonlarının və Abşeron rayon İcra Hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəhbərlərinin iştirakı ilə “Övladlığa götürmədə nəzarət mexanizmi” mövzusunda təlim keçirilmişdir.
Tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, “Qəyyumluq və himayəçilik komissiyası”nın sədri Gülarə Verdiyeva açaraq təlim iştirakçılarını salamlamış və bildirmişdir ki, təlimin məqsədi yerli və ölkələrarası övladlığa götürmə mexanizmləri, bu sahədə qurumlararası əməkdaşlıq, valideyn himayəsindən məhrum olmuş uşaqların uçotunun aparılması ilə bağlı məsələlərin müzakirə olunmasıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Hüquq-təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova bildirmişdilər ki, qanunvericilikdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək funksiyası yerli övladlığa götürmə zamanı Qəyyumluq və himayəçilik komissiyalarına, ölkələrarası övladlığa götürmə zamanı Komitəyə həvalə edilmiş, bunu nəzərə alaraq tədbirdə övladlığa götürülən uşaqların həyatına nəzarət etmək mexanizmi ilə bağlı təqdimat edilmişdir. Sonra mövzu ətrafında fikirlər səslənmişdir.
Qonaqlar Nəsimi rayonunda yerləşən 1saylı Körpələr Evində valideyn himayəsindən məhrum olmuş uşaqlar və onlara yaradılan şəraitlə yaxından tanış olmuşlar.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır