Yazı İçi 468×60

b101714d-366f-4c5d-9ef4-ff346bd10dd9_292Argentinanın “San Xorxe de Vilya Elisa” komandasının futbolçusu Mikael Favre Regional Liqada “Defensores de Kolon”la oyun zamanı aldığı zədədən dünyasını dəyişib. “Report”un “El Dia”ya istinadən verdiyi məlumata görə, 24 yaşlı oyunçu epizodların birində top uğrunda mübarizədə rəqib futbolçu Jeronimo Kintananın zərbəsinə tuş gəlib.

O, başından diz zərbəsi alıb. Nəticədə iki komanda arasında toqquşma yaşanıb. Kintananın da fəal iştirak etdiyi toqquşma zamanı “Defensores de Kolon”un daha bir futbolçusu Favio Larrosa Favrenin başına zərbə endirib. Nəticədə zədəli oyunçu huşunu itirib. Xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

“Defensores de Kolon”un toqquşmada iştirak edən hər iki futbolçusu həbs olunub. Onlardan hansının zərbəsinin ölümə səbəb olduğu ekspertizadan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Mikael Favre 2 uşaq atasıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."