!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbək tarixçisi: “Özbəkistan Gülən tərəfdarlarını qovanda, bizi türkofobiyada günahlandırırdılar”

!Reklam – Yazi

Tanınmış özbək tarixçisi və siyasi şərhçi Şuxrat Salamov Özbəkistan prezidentinin Türkiyəyə nəzərdə tutulan səfərini Yenicag.az-a şərh edib.

– Bildiyimiz kimi, Özbəkistan prezidenti Türkiyəyə rəsmi səfər edəcək. Türkiyə-Özbəkistan münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiz?

-Bəli, rəsmi Ankara və Daşkənd arasında münasibətlərdə müəyyən soyuqluq vardı. Ancaq bu vəziyyət diplomatik münasibətlərin korlanması anlamına gəlməməlidir. Ölkələrimiz arasında əməkdaşlıq heç vaxt dayandırılmayıb. Türkiyə ilə Özbəkistan arasında Əbədi dostluq haqqında müqavilə imzalanıb. Hazırda Türkiyə-Özbəkistan münasibətləri yüksək səviyyədədir.

– Özbəkistan 20 ildən sonra Türkiyəyə ilk səfərini edəcək. Maraqlıdır, Ankara ilə Daşkənd arasında münasibətlərin soyumasına təsir göstərən nə baş vermişdi?

– Özbəkistan Fətullah Gülən tərəfdarlarını ölkədən çıxaran ilk dövlətlərdən biri oldu. O zaman Türk dünyası az qala bütünlüklə Özbəkistanın əleyhinə çıxaraq, rəsmi Daşkəndi “türkofobiyada” günahlandırırdı. Ancaq bir neçə ildən sonra gülənçilərin kim olduğunu hamı gördü. Türkiyədə cərəyan edən proseslərə baxaraq, FETÖ-nun Türkiyəni hansı vəziyyətə saldığını müəyyən etdi.

– Türkiyə-Özbəkistan münasibətlərinin gələcəyini necə görürsüz?

– Artıq Türkiyə ilə Özbəkistan arasında bir neçə milyard dollar dəyərində sosial-mədəni və iqtisadi müqavilələr imzalayıb. Yeni müqavilələrin imzalanması da gözlənilir. Ümid edirəm ki, Özbəkistan prezidenti Şövkət Mirziyayevin Türkiyəyə rəsmi səfərindən sonra bu barədə daha ətraflı danışa biləcəyik.

www.yenicag.az

1765
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv