!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistan yeni prezidentini seçir

!Reklam – Yazi

ozbek-secki-1Bu gün Özbəkistanda prezident seçkiləri keçirilir.

Seçki məntəqələri səhər saat 6.00-da açılıb. Səsvermə axşam 18.00-da başa çatacaq.

Ölkədə 9381 seçki məntəqəsi yaradılıb. Bu gün 21 milyon 435 min seçici səs verməlidir.

Prezident seçkilərində Özbəkistanda fəaliyyət göstərən dörd siyasi partiyanın nümayəndələri iştirak edir Bunlar Özbəkistan Xalq-Demokratik Partiyasının nümayəndəsi Xatamcon Ketmanov, “Ədalət” Sosial-Demokrat Partiyasının təmsilçisi Nəriman Umarov, “Milli Dirçəliş” Demokratik Partiyasının nümayəndəsi Sarvar Atamuradov və Liberal-Demokrat Partiyasının təmsilçisi, Özbəkistan Prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyayevdir.

Milli Məclisin aqrar siyasət komitəsinin sədri, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, parlamentin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov və deputat Elman Nəsirov səsvermənin gedişini Daşkənddə izləyirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Tofiq Abbasov və iş adamı Rəşid Çulaqov isə seçkiləri Buxarada müşahidə edirlər.

Xatırladaq ki, Özbəkistan prezidenti İslam Kərimov sentyabrın 2-də 78 yaşında dünyasını dəyişib.

 

www.yenicag.az

583
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv