!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

‘‘Özəl liseylər təbəqələşməni artırır, dövlət məktəblərini məhvə aparır’’ - Gənc alimdən SOS siqnalı

!Reklam – Yazi

Təhsil ən ağrılı yerimizdir desək, yanılmarıq. Xüsusilə, dövlət məktəblərinin hər keçən gün geriyə getməsi aydınları narahat edir.

Bu barədə Yeniçağ.Az-a açıqlama verən gənc alim, Xəzər Universitetinin müəllimi Cahid İsmayıloğlunun fikrincə, “Özəl lisey və məktəblər təbəqələşməni artırır, dövlət məktəblərini məhvə aparır”.

Onun sözlərinə görə, “Təhsil dövlətin strateji sahəsidir. Müstəqilliyimizi əldə etdikdən sonra biz öz təhsil sistemimizi qurduq. Əgər desək ki, bundan əvvəl sovet təhsili Azərbaycan xalqına heç nə verməyib və ya Azərbaycan xalqına nə veribsə, sovet təhsil sistemi verib, hər iki halda yanılmış olarıq. Xalqımız bütün zamanlarda təhsilə, oxumağa meylli olub, ən istedadlı, savadlı insanlar daha çox xalqın ən kasıb, məhrumiyyətlərlə yaşayan təbəqəsinin içərisindən çıxıb.

Bu gün biz təhsilimizi yeni dünyanın tələbləri əsasında qurmaq adı altında biznesə çevirmişik. Azərbaycan vətəndaşı övladına təhsil vermək üçün seçim və imtahan qarşısında durur. Bir yanda orta aylıq əmək haqqından 10 dəfə, bəlkə də 20-30 dəfə çox illik xərci olan özəl məktəblər, bir yanda da hamının açıq-aşkar etiraf etdiyi, keyfiyyətsiz təhsil verən dövlət təhsil müəssisələri.

Ən təhlükəlisi odur ki, özəl məktəblərdə təhsil alanla dövlət təhsil müəssisələrində təhsil alan cəmiyyətin bərabərhüquqlu üzvü saydığımız vətəndaşları arasında ciddi uçurum yaranır, bu da təbəqələşməyə gətirib çıxarır.

Eyni zamanda özəl məktəblər, dövlət məktəblərini daim təzyiq altında saxlayır, sağlam olmayan rəqabət əsasında dövlət məktəblərini məhvə aparır.”

Mövzuya qayıdacağıq.

Yeniçağ.az

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv