Yazı İçi 468×60

9468_1510076045942882_7538961624355309733_n_1431782086Ölkədə fəaliyyət göstərən özəl klinikalarda qiymətlərin bahalığı və üstəlik vergidən yayınma ilə bağlı daha bir fakt ortaya çıxıb.

Xətai rayonunda yerləşən “Medeks” Hospitalında ödəniş edən xəstələrə heç bir çek və ya qəbz verilmir. Bu haqda məlumat verən şikayətçi bildirib ki, dünən hospitala səhhətində yaranmış problemlə əlaqədar olaraq müraciət edib. Müayinə və aparatlardan keçdikdən sonra ona ödədiyi məbləğin çekini təqdim etməyiblər. Belə ki, onun müayinə üçün ödədiyi məbləğ yalnız kompüterdə qeydiyyata alınıb: “Müayinə və analizlərin qiymətlərini şifahi halda deyirlər. Ödəməni isə xəzinədara ad və soyadını deməklə ödəyirsən. Mən tələb etsəm də nə qəbz, nə də müayinə və analizlərin yazıldığı kağızı verdilər. Bununla yanaşı qeyd etməliyəm ki, bu xəstəxanadakı qiymətlər digərlərindən daha bahadır”.

Şikayətçi bildirir ki, hospital vergidən yayınmaq üçün bu addımı atır.

Yaranmış narazılığa aydınlıq gətirmək üçün hospitalla əlaqə saxladıq. Lakin ittihamların heç birinə konkret cavab ala bilmədik: “Əgər hər hansı şikayət varsa onu yerindəcə araşdırmağa hazırıq”(Aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 14
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."