!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özlərini həqiqi müxalifət sayanlar niyə səslərini kəsiblər?” – Müsavatla AXCP-yə sual

!Reklam – Yazi

elikerimliÖlkənin müxalifət partiyaları mövcud ağır vəziyyətlərində də bir masa ətrafına toplaşa bilmirlər.

Yeniçağ.Az xəbər verir ki, dekabrın 25-də bir sıra müxalifət partiyalarının iştirakı ilə ölkədə yaranan şəraitin müzakirə olunduğu toplantı əks-siyasi düşərgəni yenə də tam əhatə etmədi. Müxalifət daxilində özləri üçün “xüsusi status” müəyyənləşdirən Müsavat və Xalq Cəbhəsi (AXCP) partiyaları sözügedən toplantının təşkilatçılarının birlik çağırışına yenə də əhəmiyyət vermədilər.

Qeyd edək ki, müxalifətin 25 dekabr toplantısı hər hansı yeni formatın yaradılmasını nəzərdə tutmayaraq, sadəcə, ölkədəki vəziyyətin müzakirəsinə həsr olunmuşdu. Yəni o tədbirdə iştirak edən partiyalar bununla öz üzərilərinə heç bir öhdəlik götürmürdülər. Lakin Müsavat və AXCP düşərgədaxili həmkarlarını həqiqi müxalifət “saymayaraq”, onların çağırışına səs vermədilər. Bununla da həmin toplantı hakimiyyət əleyhdarları arasında uçurumun dərinliyini bir daha cəmiyyətə nümayiş etdirdi.

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucuMüxalifətin heç olmasa, ümumi məsələlərin müzakirəsində belə həmrəy ola bilməməsinin səbəbləri barədə Yeniçağ.Az-a danışan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu vəziyyəti problem kimi qiymətləndirmədiyini dedi. Ancaq ADP sədri onun partiyasını və digər müxalifət qurumlarını real müxalifət saymayan Müsavatla AXCP-nin bu ittihamını da cavabsız buraxmadı:

“Əvvəla, bizim müxalifətdəki partiyaları bir araya gətirmək kimi niyyətimiz olmayıb. Keçirtdiyimiz toplantı da yeni birlik, ittifaq yaratmaq yox, ölkənin düşdüyü ağır vəziyyətdən çıxış yollarını axtarmaq məqsədi güdürdü. Yəni müxalifət daxilində hansı partiyalar bir arada ola bilirsə, birgə müzakirələrə qatılmağın vacibliyini qəbul edirsə, o təşkilatların da arasında əməkdaşlıq qurulur. Kimisə zorla yanımıza gətirəsi deyilik ki? Ölkədəki vəziyyətin müzakirəsində belə iştirak etmək istəməyən o partiyalar hər dəfə ağızlarını açanda, özlərini həqiqi, bizləri isə “formal müxalifət” adlandırırlar. Baxın, biz – onların sözü ilə desək, həqiqi olmayan müxalifət, – toplanıb, ölkədəki vəziyyətdən çıxış yolu axtarırıq. Özlərini həqiqi müxalifət sayanlar isə giriblər kölgəyə, səsləri də çıxmır. Niyə səslərini kəsiblər, çıxsınlar da ortaya… Ancaq onların nə etdikləri bizi maraqlandırmır. Biz özümüzdən asılı olan işləri görməyə çalışırıq”.

 

A.Zeynalov

Yeniçağ.az

www.yenicag.az

564
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv