Ads by Google

hightechnic
Ads by Google

a9919fea95bbfb6d96ef27e185d4bc0cDünən axşam saatlarında SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsi gənc mütəxəssislər yataqxanasında özünü 11-ci mərtəbədən ataraq intihar edən 4-cü kurs tələbəsi Hüseyn Abbasovla bağlı bəzi məqamlar aydınlaşıb.

Dünən axşam saatlarında özünü yaşadığı yataqxananın 11-ci mərtəbəsindən ataraq intihar edən Bakı Ali Neft Məktəbinin tələbəsi Hüseyn Abbasovun dünən intiharından bir neçə saat əvvələ qədər internetdən istifadə etdiyi məlum olub.

4-cü kurs tələbəsi olan Hüseyn son olaraq zarafatla “Merhabalar, ben Hüseyn, 20 yaşındayım, Azerbaycanda yaşıyorum, heç evlənmədim, 18-20 yaş arası taliplerimi bəkliyorum, təşəkkürlər” statusunu yazıb.

Tələbə yoldaşlarının verdiyi məlumata görə, H.Abbasovun doğrudan da kəsirləri olub. Lakin bu kəsirlər onun yaxşı oxumaması səbəbindən deyil, imtahanlarda ümumiyyətlə iştirak etməməsindən yaranıb.

Tələbə yoldaşları bildirib ki, bir müddət imiş H.Abbasovun ailəsində problemlər yaranıbmış və bu problemlər onun təhsilinə də mənfi təsir göstərib. Lakin onlar problemin konkret nədən ibarət olmasını dəqiq bilmədiklərini deyib. Mərhumun tələbə dostları həmçinin əlavə edib ki, 22 yaşlı Hüseyn hadisədən az əvvəl bərbərə gedib saçlarını kəsdirib.

Hadisənin baş vermə səbəbinə gəlincə, dünən saat 18 radələrində 11-ci mərtəbədə yaşadığı yataqxana otağının eyvanına çıxan H.Abbasov məhəccərə çıxaraq özünü aşağı atıb. O, həyətdəki gül dibçəyinin üstünə düşüb. Hadisə yerinin bir neçə metrliyində mühafizəçi olsa da, o, Hüseynə kömək edə bilməyib.

Hadisə yerindən çəkilmiş fotoları təqdim edirik.(lent)

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 203
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."