Özünü 14-cü mərtəbədən atdı

Müəllif: Redaktor

Editor

intiharjj6Sumqayıtda intihar hadisəsi baş verib.

Bu barədə Sumqayıt şəhər Prokurorluğundan məlumat verilib. Hadisə oktyabrın 24-də axşam saatlarında şəhərin 45-ci məhəlləsində baş verib. Sumqayıt şəhərində yaşayan Əliyev Nurəddin Çingiz oğlu özünü 14 mərtəbəli yaşayış binasının damından ataraq intihar edib. N.Əliyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Faktla bağlı araşdırma aparılır.(trend)

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır