!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü yandıran gəncin yaxınları: “Günah məhkəmə icraçıları ilə hakimdədir”

!Reklam – Yazi

112903_src“Biz Ələkbəri sakitləşdirmişdik. Bir az da danışsaydıq, yerə düşüb intihar fikrindən daşına bilərdi. Məhkəmə icraçıları isə hər şeyi korladı”.

Bu sözləri virtualaz.org saytının əməkdaşı ilə söhbətində ötən gün özünü yandıraraq intihar edən Ələkbər Məmmədovun əmisi deyib.

Mərhumun qohumları hamısı bir ağızdan deyir ki, Ələkbəri Binəqədi rayon məhkəmə icraçıları ilə onların ailəsi arasında torpaq mübahisəsinin olduğu Nərgiz Orucova öldürdü.

Zakir Məmmədov mərhumla Nərgiz Orucova arasındakı mübahisənin necə başladığını belə nəql edir: “Ələkbərin yaşadığı ev baba mülküdür. Həmin ümumi həyət ailəyə babasından qalıb. Ələkbərin ata-anası vəfat etdiyinə görə onların varisi kimi atasına düşən torpaq sahəsi mərhuma keçib. Mülk 4 oğul arasında bölünüb. Həmin oğullardan biri öz payına düşən torpağı Nərgizə satıb və həyətdən çıxıb. Ona satılan torpaq sahəsinin konkret göstəriciləri satış sənədində qeyd olunub. Amma Nərgiz deyir ki, onun həyətyanı sahəsi də olmalıdır və Ələkbərin payına düşən torpağa da iddia qaldırır”.

Qohumların sözlərinə görə, onlar 9 ilə yaxındır məhkəmələrdədir və bu problemi həll etmək istəyirlər.

Mərhumun əmisi qızı Kəmalə xanım evin içini və Nərgiz Orucovanın həyətini göstərərək izah edir ki, əgər həmin qonşunun tələb etdiyi hasar çəkilsə, onda bu ailənin yataq otağının bir hissəsi, hamam-tualetlə mətbəx isə tamamilə sökülməlidir. Ən önəmlisi isə odur ki, Ələkbər və ailəsi üçün evə giriş-çıxış qapısı qalmır: “Bu evdə bir qonaq otağı, bir yataq otağı, hamam-tualet və mətbəx var. Evin o biri başından da qapı qoymaq üçün yer yoxdur. Amma apelyasiya məhkəməsi qərar çıxarıb ki, Nərgiz Orucovanın tələb etdiyi hissədən hasar çəkilməlidir. Bu qərarı verən hakim bəs fikirləşmirmi ki, bu adam öz evinə haradan girib-çıxacaq?”

Zakir Məmmədov deyir ki, hadisə Ələkbərin əmisi uşaqlarının gözü önündə baş verib. Nərgiz Orucova və Binəqədi rayon məhkəmə icraçıları da hadisə yerində olub: “Onun özünə qəsd həddinə çatmasında birbaşa məhkəmə icraçıları, Nərgiz Orucova və Apelyasiya Məhkəməsinin hakimi Raqif Qurbanov günahkardır. Ələkbər dəfələrlə xəbərdarlıq etmişdi, Nərgizə demişdi ki, bu ev sökülsə, özümü öldürəcəyəm. Biz çalışdıq ki, onu sakitləşdirək. Uşaqlar deyirdi ki, Ələkbər, cəhənnəm olsun hər şey və s. bu kimi təsəlliverici sözlərlə sakitləşdirirdilər. Birdən məhkəmə icraçıları dedi ki, nərdivan qoyun, düşürün bunu aşağı, deyəsən bizə hədə-qorxu gəlir. Ələkbər bu sözü eşidən kimi özünə od vurdu. Kimsə intihara cəhd edəndə onunla elə danışmaq lazımdır ki, sakitləşsin, fikrindən daşınsın. Bunlar isə əksinə elədi, yanan oda benzin tökdü. Maraqlıdır ki, məhkəmə içraçıları baş verənlərin hamısını planşet kompüterlə videoya çəkirdilər”.

Qohumları deyir ki, Nərgiz Orucovaya satılan torpaq 9,60 metr x 6,40 metr ölçüsündədir və bu da bütün sənədlərdə qeyd olunub: “Bu hadisədən sonra Nərgiz yoxa çıxıb, heç maraqlanmır da. Amma hadisədən əvvəl mütəmadi olaraq Ələkbərə problem yaradıb. 60-dan çox yaşı olan qadındır, amma 27 yaşında oğlana dəfələrlə şər atıb, hətta deyib ki, guya Ələkbər onu zorlayıb. Aralarında mütəmadi olaraq münaqişə olub. Ələkbər əvvəllər heç vaxt intihara cəhd etməyib, amma dediyimiz kimi, Nərgizə dəfələrlə xəbərdarlıq edib ki, ev sökülsə, özünü öldürəcək”.

5 il əvvəl evlənən Ələkbər Məmmədov ata olmağa hazırlaşırmış. Əmisi qızı Kəmalə xanımın sözlərinə görə, mərhumun həyat yoldaşı hadisəni görməyib, ana olmağa hazırlaşdığına görə öz anasının evində olub. Hadisənin səhəri günü ona öz qardaşları məlumat verib.

Xatırladaq ki, Binəqədi Rayon Polis İdarəsinin yaydığı məlumata görə, intihar hadisəsi ötən gün saat 13 radələrində M.Məmmədxan küçəsi 74 ünvanında qeydə alınıb. “Pepsi-Cola Azerbaijan” şirkətinin işçisi olan Ələkbər Zahid oğlu Məmmədov yaşadığı evin damında üstünə benzin tökərək özünü yandırıb.

www.yenicag.az

914
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv