60046Yeniyetmələrin özlərini yandırıb və bu səhnələri videoya çəkdikləri yeni internet-trend Böyük Britaniyada artıq ilk xəsarətlərə yol açıb, The Sun qəzeti məlumat yayıb.

Xəsarət alanlardan biri – dekabrın 12-də otaqda tək olarkən öz köynəyini yandıraraq videoya çəkmək qərarına gələn Oliver Şarp güclü yanıq xəsarətləri alıb.

Nəticədə isə Linkolnşir qraflığından olan 11 yaşlı oğlanın kürək dərisinin nəqlinə ehtiyacı var.

“Onun heç vaxt heç bir problemi olmayıb. O, ağıllı oğlandır və mən onun bu axmaqlığı etməyəcək dərəcədə ağıllı olduğunu düşünürdüm”, Oliver Şarpın anası Sara deyib.

Qeyd edilir ki, yeni internet-trend çərçivəsində YouTube və Facebook-a alova bürünmüş adamların əks olunduğu minlərlə videoçarx yerləşdirilib.

Tendensiyaya keçən il ABŞ-da 15 yaşlı oğlanın fleşmoba qoşularaq özünü yandırması, amma alovu söndürə bilmədiyi üçün həlak olması təkan verib.(oxu)

https://youtu.be/aw-7CLz1-7w

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."