PA nümayəndəsi: “Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir”

Müəllif: Redaktor

Editor

1

Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir.

APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin əməkdaşı Bəhruz Həsənov “Xəyanətdən qələbəyə” filminin təqdimatı zamanı deyib.

O bildirib ki, 15 iyul gecəsi türk xalqı hakimiyyətinə, dövlətinə sahib çıxdı: “Azərbaycanda da o hadisənin hər dəqiqəsi həyəcanla izlənilirdi. Azərbaycan prezidenti dərhal hadisə ilə bağlı qətiyyətli mövqeyini bildirdi, hadisəni dövlət çevrilişi adlandırdı. Türkiyə ilə Azərbaycan hər zaman həmrəylik nümayiş etdirir. Türkiyənin FETÖ ilə mübarizəsi Azərbaycan tərəfindən dəstəklənir. Ölkəmizin müvafiq hüquq-mühafizə orqanlarına bununla bağlı göstəriş verilib. Türkiyə kimi Azərbaycan da istənilən terror hadisələri, o cümlədən 15 iyul hadisəsinin sifarişçilərinə qarşı mübarizəni davam etdirəcək”.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır