www.sinerjipro.net

SinerjiProWide
Reklam

pakisyanembassy5145Pakistanın Ticarət və Müdafiə Sənayesi Nazirlikləri Azərbaycana yarım milyard dollarlıq müdafiə təyinatlı məhsulların ixracının tezləşdirilməsinə dair birgə fəaliyyət planını təsdiq edib.

Bu barədə AzVision.az Pakistan KİV-nə istinadən xəbər verir.

Qərar İslamabadda ticarət naziri Hurrəm Dəstigirin və müdafiə sənayesi naziri Rana Tanver Hüseynin iştirakı ilə qəbul olunub. Görüş zamanı, ticarət nazirinin qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etmək üçün noyabrın sonlarında Bakıya səfər etməsi barədə qərar qəbul olunub.

Müdafiə sənayesi naziri Rana Tanver Hüseyn deyib ki, Azərbaycan Pakistandan hərbi texnologiya, silahlar və müdafiə təyinatlı digər məhsullar idxal etmək istəyir.

Qeyd edək ki, ötən ay Pakistanın baş naziri Nəvaz Şərifin Azərbaycana səfərindən sonra nazirliklərarası işçi qrupunun görüşü zamanı ölkəmizə ixracın 60 milyon dollardan 500 milyon dollaradək artırılması barədə qərar verilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."