Pakistan müşahidəçisi:”Seçici fəallığı yüksəkdir”

Müəllif: Redaktor

Editor

siaphoto_509462“Pakistan Senatının üzvüyəm. Ölkənizdə Milli Məclisə seçkiləri izləyirəm. İlk diqqətimi çəkən məqam odur ki, burada seçici fəallığlı yüksəkdir”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanda Milli Məclisə seçkiləri izləyən beynəlxalq müşahidəçi, Pakistan Senatının nümayəndəsi Babar Farhatullan deyib. Beynəlxalq müşahidəçi səsvermənin tam qanunauyğun həyata keçirildiyini bildirib: “Seçki prosesi qanun çərçivəsində həyata keçirilir. Heç bir qanun pozuntusu müşahidə etməmişəm. Seçicilər, müşahidəçilər, məntəqə sədrləri və nümayəndələr ilə söhbətlər apardım. Əmin oldum ki, səsvermə demokratik şəraitdə keçirilir”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir