Pakistanda terror: 93 ölü(Yenilənib 3) – Fotolar

Müəllif: Redaktor

Editor

pakistan_partlayishPakistanın Kvetta şəhərində yerləşən xəstəxanada partlayış baş verib.

Partlayış nəticəsində ən azı 30 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Partlayış bu gün səhər Bəlucistan Vəkilləri Kollegiyası Asossiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin ölümündən bir neçə saat sonra baş verib. Onun cəsədi xəstəxanaya gətirilib. Onun həmkarları, tanışları və KİV nümayəndələri tibb müəssisəsinə gəldikdən sonra isə partlayış baş verib. Bir neçə vəkil yaralanıb. Jurnalistlərdən biri ölüb, biri isə ağır xəsarət alıb.

Polisin məlumatına görə, partlayışdan sonra naməlum şəxs atəş açıb. Təhlükəsizlik xidmətinin əməkdaşları tibb müəssisəsinin ərazisini mühasirəyə alıb.

***

Pakistanda baş verən partlayış nəticəsində ən azı 40 nəfər ölüb.

Bu barədə Express Tribune məlumat verib.

Bəlucistan əyalətinin daxili işlər naziri partlayışı “canlı bomba”nın törətdiyini bildirib.
***

Xəstəxanadakı partlayışda ölənlərin sayı artıb.

Hadisə nəticəsində ən azı 53 nəfər ölüb. Yaralılardan bəzilərinin vəziyyəti kritikdir.

***

Pakistanın Kvetta şəhərində xəstəxanada baş verən partlayış nəticəsində ölənlərin sayı artıb.

Ölənlərin sayı 93 nəfərə qədər yüksəlib. Hadisəni törədən “canlı bomba”nın kəmərində 8-10 kiloqram partlayıcının olduğu bildirilir.(aznews)


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır