!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pan Gi Mun Bakıya videomüraciət göndərdi

!Reklam – Yazi

pangi mumm 26 aprelBMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində BMT-nin baş katibi Pan Gi Munun iştirakçılara videomüraciəti nümayiş olunub.

Tədbirin təşkili ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edən P. G. Mun deyib:

“Bəzi səbəblərə görə tədbirdə iştirak edə bilmədim. Hər birinizi salamlayıram. Forumun ideyası – inklüziv cəmiyyətlərdə birgə yaşamaq mühüm ideyadır. Ksenofobiya, irqçilik ciddi problemdir. Belə ki, hamı üçün layiqli həyat şəraiti təmin edilməlidir. Ayrı-seçkilik yalnız və yalnız ekstremistlərin maraqlarına xidmət edir. Biz heç kəsi diqqətdən kənar qoymamalıyıq.

Ona görə də, forumun ideyasına tam dəstək verirəm. Gələn ay İstanbulda humanitar böhranla bağlı tədbir keçiriləcək. Mən sizi o tədbirə də dəstək verməyə çağırıram. Bir çox xalqlar öz yerlərindən didərgin düşüb. Biz bütün münaqişələri yaradan səbəblərin aradan qaldırılmasına çalışmalıyıq. BMT Baş Assambleyası zorakılığın aradan qaldırılmasında qətiyyətlidir”.

Baş katib qeyd edib ki, BMT dünyada sülhün bərqərar olmasına çalışır: “Bütün insanlara diqqət göstərilməlidir. Gənc innovatorlara dəstək verməliyik. Jurnalistləri də bu işdə aktiv olmağa çağırırıq”.

www.yenicag.az

691
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv