yenicag.az
yenicag.az

Papanın Tiflis və Bakıya səfəri başlayıb

Papanın Tiflis və Bakıya səfəri başlayıb

Müəllif: Redaktor

Editor

papaninseferiBu gün Roma Papası Fransiskin Gürcüstana və Azərbaycana səfəri başlayır.

AzVision.az gürcü KİV-nə istinadən xəbər verir ki, Papa hər iki ölkədə siyasi və dini liderlərlə görüşlər keçirəcək.

Üçgünlük səfər çərçivəsində Papa Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə görüşəcək. Oktyabrın 1-də Fransisk Mixail Meshi adına stadionda dini ayin keçirəcək. Bundan sonra o, Gürcüstan katolik kilsəsinin nümayəndələri ilə görüşəcək.

Oktyabrın 2-də səhər saatlarında Roma Papası Tiflisdən Bakıya gələcək. Papanın Bakıya səfəri “Bakirə Müqəddəs Məryəm” kilsəsində dua oxuması ilə başlayacaq. Ardından Vatikan başçısının Azərbaycan Prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi şeyx Allahşükür Paşazadə, Bakıdakı Rus Pravoslav Kilsəsi və yəhudi icmasının nümayəndələri ilə görüşü planlaşdırılıb.

 

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti