“Parabank” və “Zaminbank” mənfi xəbərlərə görə “lider”dir

Müəllif: Redaktor

Editor

img2122776Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin iyul ayı üzrə analiz işini yekunlaşdırıb.

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər.

Media Təqib Mərkəzi banklar ilə bağlı iyul ayı üzrə məlumatları təqdim edir.

2016-ci ilin iyun ayında elektron mətbuatda, yəni sayt və portallarda banklarla əlaqəli 36741 xəbər yerləşdirilib ki, bunlardan da 12376 xəbərdə konkret bank adı keçir. Bunlardan 11280-i neytral, 1070-i mənfi, 26-sı isə müsbət xəbərdir.

Mənfi xəbərlər arasında “liderlər”: Parabank (314 xəbər – 4 bankın lisenziyası ləğv olundu), Zaminbank (188 xəbər – Azərbaycanda 4 bank bağlandı), DekaBank (188 xəbər – 4 bankın lisenziyası ləğv edildi).

Müsbət xəbərlər isə Access Bank-a aiddir (26 xəbər – Azərbaycanın ən yaxşı bankı adına layiq görülüb).

1. Beynəlxalq Bank 1376 xəbər
2. Parabank 1361 xəbər
3. DekaBank 1198 xəbər
4. Zaminbank 1170 xəbər
5. KredoBank 1154 xəbər
6. Kapital Bank 624 xəbər
7. Bank Standard 558 xəbər
8. Unibank Kommersiya Bankı 470 xəbər
9. Bank of Baku 408 xəbər
10. Nikoil Bank 322 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2431 (886 xəbərdə konkret bankdan söhbət gedir) xəbər dərc edilib.

Bu xəbərlərdən 817 xəbər neytral, 69-u isə mənfi xəbərdir. Parabank (17 xəbər – 4 bankın lisenziyası ləğv olundu), Zaminbank (14 xəbər – Azərbaycanda 4 bank bağlandı), DekaBank (14 xəbər – 4 bankın lisenziyası ləğv edildi).

Xəbər sayına görə sıralama:

1. Beynəlxalq Bank 171 xəbər
2. Zaminbank 96 xəbər
3. Parabank 95 xəbər
4. DekaBank 89 xəbər
5. KredoBank 89 xəbər
6. Kapital Bank 57 xəbər
7. Bank Standard 51 xəbər
8. Azər-Türk Bank 18 xəbər
9. Texnika Bank 16 xəbər
10. Unibank Kommersiya Bankı 15 xəbər
İyul ayında televiziya kanallarında banklar haqqında 211 (143 xəbərdə konkret bank adı çəkilib) xəbər göstərilib.

Bu xəbərlərdən 79 xəbər neytral, 64-ü isə mənfi xəbərdir. Parabank (16 xəbər – 4 bankın lisenziyası ləğv olundu) Zaminbank (16 xəbər – Azərbaycanda 4 bank bağlandı), DekaBank (16 xəbər – 4 bankın lisenziyası ləğv edildi).

Xəbər sayına görə sıralama:

1. Parabank 25 xəbər
2. KredoBank 25 xəbər
3. Zaminbank 25 xəbər
4. DekaBank 24 xəbər
5. Azər-Türk Bank 17 xəbər
6. Bank Standard 14 xəbər
7. VTB Bank 5 xəbər
8. Kapital Bank 3 xəbər
9. Azərbaycan Beynəlxalq Bankı 2 xəbər
10. Caspian Development Bank 2 xəbər
İyul ayında radio kanallarında banklar haqqında 184 (105 xəbərdə konkret bank adı səsləndirilib) xəbər oxunub.

Bu xəbərlərdən 64 xəbər neytral, 41-i isə mənfi xəbərdir. Parabank (10 xəbər – 4 bankın lisenziyası ləğv olundu), Zaminbank (10 xəbər – Azərbaycanda 4 bank bağlandı), DekaBank (10 xəbər – 4 bankın lisenziyası ləğv edildi).
Xəbər sayına görə sıralama:

1. KredoBank 25 xəbər
2. Zaminbank 25 xəbər
3. Parabank 23 xəbər
4. DekaBank 22 xəbər
5. Azərbaycan Beynəlxalq Bankı 3 xəbər
6. Bank Standard 3 xəbər
7. Texnika Bank 2 xəbər
8. Bank of Azerbaijan 1 xəbər
9. Gəncəbank 1 xəbər


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır