www.sinerjipro.net

SinerjiProWide
Reklam

d74“Parabank”ın fəaliyətindəki çox ciddi nöqsanlarla, dövlətdən vergi qaçırmalarıyla, müxtəlif qanunsuz yollarla müştərilərinin pullarını, əmlakını mənimsəməsiylə bağlı şikayətlər, söz-söhbətlər səngimək bilmir.

Bankın fırıldaqları ucbatından olduqca çətin, çarəsiz vəziyyətdə qalan insanlar dövlətdən kömək umurlar.

Belə insanlardan biri də bankın müştərisi Tamella Mahmudovadır. Zərərçəkmiş bankın özbaşınalığı, fırıldaqçılığı, dövlətdən vergi gizlətmələriylə bağlı Prezident İlham Əliyevə, Vergilər Nazirliyinə, eləcə də digər aidiyyəti qurumlara şikayət ərizəsi ünvanlayıb. Təxminən 10 min borca və 3 ay gecikməyə görə, 200 min manatlıq evi qanunsuz olaraq əlindən alınan T.Mahmudova ərizəsində “Parabank”ın külli miqdarda vergidən yayınma faktı barədə məlumat verir. Ərizədə göstərilir ki, T.Mahmudovaya aid, real bazar qiyməti 100 min manat dəyərində hesablanan ev 2011-ci ildə bank tərəfindən məhkəmə qərarəyla həraca çıxarılıb. Yalnız sənəd üzərində keçirilən “hərracda” alıcı olmadığından bank 100 min manatlıq evi 28690 manata özü alaraq hesabına keçirib.

Şikayət ərizəsində o da bildirilir ki, “Parabank” rəhbərliyi dövlətə 18% ƏDV ödəməkdən yayınmaq üçün alqı-satqı əməliyyatını gizlətmək məqsədiylə özünün mülkiyyətinə keçirdiyi Xəzər rayonunda yerləşən bağ evini qeyri-rəsmi şəkildə İlqar adlı şəxsə 70 min manat nəğd pula satıb. Və bu pulun 18% ƏDV-ni dövlətə ödəməmək üçün də İlqarla rəsmi notariat alqı-satqı müqaviləsi bağlamayıb.

Nəticədə evi satılan şəxsin adına sənədləşdirmək mümkün olmayıb.

(Evin hansı qanunsuzluqlarla müştərinin əlindən alınması barədə daha öncə də məlumat vermişdik. Xəbəri BURADAN oxuya bilərsiniz)

Xatırladaq ki, “Parabank” Tamella Mahmudovanın Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini fırıldaqla, tamamiylə qanunsuz yollarla əlindən alaraq onu küçələrə salıb. İndi o, evsiz-eşiksiz, acınacaqlı vəziyyətdə küçələrdə qalıb.

Hansı ki, məhkəmə T.Mahmudovanın xeyrinə qərar çıxarıb. Qərara görə, ev təcili şəkildə boşaldılmalı və yiyəsinə qaytarılmalıdır. Ancaq “Parabank” yalnız müştərilərinin haqqlarını, hüquqlarını deyil, dövlət qanunlarını, qanunların aliliyini belə taptalamağa davam edir.

Hazırda zərəçəkmişin evində qanunsuz şəkildə yaşayan Mahnud İlqar adlı şəxs də məhkəmə qərarına baxmayaraq, evdən çıxmaq üçün evin qanuni sahibəsindən 200 min manat pul tələb edir.

Şikayətçinin sözlərinə görə, evinə girən şəxs onu hədələyir, “Parabank” rəhbərliyinin ona məhkəmə qərarını dəyişdirəcəkləri barədə söz verdiklərini deyir.

Yerigəlmişkən, daha öncə “Kia Motors Az”-ın dövlətdən 40 milyona yaxın pul gizlətdiyi və pulları “Parabank”ın “Nəsimi” filialında qeyri-qanuni şəkildə saxladığı, həmçinin bununla bağlı bir çox cinayət hadisələrinin törədilməsi, eləcə də bir nəfərin müəmmalı şəkildə ölümü ilə bağlı məlumatlar vermişdik.

Məlumatlarda bildirilirdi ki, “Parabank”da “Kia Motors Az” MMC-nin hesabatlarında yer almayan vəsaitləri saxlanılır. Həmin pullardan pul köçürmələrində istifadə olunub, tanış adamlara iri məbləğdə kredit kimi verilərək dövriyyəyə buraxılıb. Yəni bu pul, eləcə də ondan əldə edilən gəlirlər dövlətdən gizlədilib. S.Səfərovun bankdakı etibarlı şəxsi Fərhad Abbasov isə həmin məbləğin 1 milyon manata yaxınını gizli yolla götürərək xərcləyib və 2012-ci ilin yayında müəmmalı şəkildə ölüb.

Məhz bu müəmmalı ölümdən sonra 40 milyonluq dələduzluq ifşa olunub, “Kia Motors Az” MMC-də cinayət işi başladılıb, onun rəhbəri Səxavət Səfərovun digər obyekt və müəssisələrində isə ciddi yoxlamalara start verilib(aznews).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 39
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."