www.sinerjipro.net

SinerjiProWide
Reklam

Nurçular adlarının “Paralel”çilərlə qarışdırılmasından narazıdırlar – Məktubrisale_edebiyat

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Paralel Dövlət Yapılandırması ilə mübarizəyə başladıqdan sonra Azərbaycana ilk səfər zamanı verilən sualın qarşısında çaşqınlığa düşmüşdü.  Belə ki, Ərdoğan Gülənə qarşı mübarizə aparıldığından bəhs etdiyi halda ona “nurçulara qarşı mübarizə” sualı verilmişdi. Buna səbəbi isə Azərbaycanda illərdən bəri nurçularla fətullahçıların qarışdırılması idi. Yenicag.az-ın hər zaman üzərində dayandığı kimi gülənistlərlə nurçular arasında fərq var. Azərbaycanda isə Türkiyənin “Paralel dövlət” ilə mübarizə siyasətinə dəstək adı altında dövlət içinə sızan fətullahçılar yerinə nurçular hədəf seçilir.

Redaksiyamıza müraciət edən Azərbaycan nurçuları da bundan şikayətçidirlər. Onlar heç bir şəkildə adlarının “paralel”çilərlə eyni çəkilməsini istəmirlər.

Özünü Nur tələbəsi olaraq, təqdim edən Şükran Məmmədli  imzası ilə daxil olan məktubu olduğu kimi təqdim edirik:

“Dünyada ən ədalətsiz və qanunsuz bir şey, bir insan, yaxud bir kitab, yaxud bir camaatın təqib etdikləri məqsədin əksi ilə haqsız olaraq ittiham olunmasıdır.

Risale-i Nur, bu əsrin anlayışına uyğun Quranın elmi və imani bir dərsidir. Başdan sona qədər təkzibi mümkün olmayan dəlillərlə, Allahın varlıgını, birliyini, axirət həyatını və imanın digər əsaslarını izah və isbat edir. Risale-i Nurun içindəki bütün bəhslər bu mənaya xidmət edir.

Bu kitabları oxuyaraq mənimsəyən və həyatinda yaşamaq istəyənlərə “Nur tələbəsi” , ” Nur şagirdləri”  və ya qısaca olaraq bu mənada   ”Nurçu” deyirlər. Biz bunu iyirmi ildən artıqdır ciddi şəkildə oxuyaraq bundan başqa bir şey görməmişik və oxuyanlardan da eşitməmişik. Təəssüflər olsun ki, son  zamanlar Azərbaycanın kütləvi infarmasiya vasitələrində Risale-i Nur şagirdləri ilə Paralelçilik eyni tutularaq qarışdırılır. Halbuki, aralarında yerlə göy qədər fərq var.

Paralelçiliyin məqsədi dövlət içində başqa bir dövlət qurmaqdırsa, nur şagirdlərinin qayəsi bunun tam əksi olaraq, ancaq iman və Quran həqiqətlərini öyrənib axirətinə ciddi çalışmaqdır. Çünki Risale-i Nur əsərləri insanlara yalnız imani məsələləri tövsiyə edir və bunada ən böyük məneəni siyasətə və dövlətin işinə qarışmaqda görür.

Bu qədər bir-birinə zidd fikirləri eyni kimi göstərmək, ya Risale-i Nurdan xəbəri olmamağa, yaxud da bir qərəzə dəlildir.

Risale-i Nur ümumun malıdır, məzhəbindən, məsləyindən, hətta, bütün insanlığa xitab etdiyi üçün, dinindən belə asılı olmayaraq hər kəs oxuyub istifadə edə bilir. Buna görə də Risale-i Nurun məqsədi dünya və siyasət olmadığı üçün, onu oxuyanlardan kiminsə yanlış fikri və hərəkəti Risale-i nura verilə bilməz.

Millətə həqiqəti çatdırmaqla vəzifəli olan mətbu orqanları Risale-i Nur əsərlərinin Azərbaycanda tanındığı 25 il ərzində onu oxuyub imanını qurtaran yüzlərlə, bəlkə minlərlə insanın içki, narkotik kimi pis vərdişlərdən uzaq olması, hətta cinayətkarların belə islah olaraq cəmiyyətə, millətə, dövlətə yararlı insan olmalarına diqqət çəksələr daha xeyirli olmazmı?

Ustad Bədiüzzaman Said Nursi həzrətləri qeyd edir ki, “bizim vəzifəmiz müsbət hərəkət etməkdir, mənfi hərəkət deyildir. Rizayi ilahiyə görə sırf hizməti imaniyyəyi yapmaqdır, vazifeyi ilahiyyəyə qarışmamaqdır. Bizlər asyişi mühafizəyı nəticə verən müsbət iman hizməti içərisində, hər bir sıxıntıya qarşı səbirlə, şükürlə mükəlləfiz.

Əsil məsələ bu zamanın mənəvi cihadıdır, mənəvi təxribata qarşı sədd çəkməkdir, bununla daxili asayişə bütün qüvvətimizlə yardım etməkdir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."