Paralimpiya hərəkatı regionlarda sürətlə inkişaf edir

Paralimpiya hərəkatı regionlarda sürətlə inkişaf edir

Müəllif: Redaktor

Baş Redaktor

028b10e2-07de-489b-824f-b073a5f26776Naxçıvan MR Paralimpiya Federasiyasının Qolbol idman növü üzrə komandası Milli Paralimpiya Komitəsinin dəstəyi ilə 2013-cü ilin iyul ayında yaradılmışdır. Komandaya 6 nəfər görmə qabiliyyəti məhdud olan idmançı cəlb olunmuşdur. Komandanın inkişafı ücün Federasiya tərəfindən lazımı şərait yaradılmış, maddi texniki baza gücləndirilmişdir. Komanda formalaşdıqdan sonra bu idman növü üzrə məşqçinin hazırlanması və komanda üzvlərinə Qolbol idmanının qaydalarının öyrədilməsi məqsədi ilə Milli Paralimpiya Komitəsinin məşqçiləri bir neçə dəfə Naxçıvan MR-na ezam olunmuşlar. Komandanın baş məşqiçisi Zahir Abdullayen yenidən Naxçıvan MR-a ezam olumuşdur.

Naxçıvan Muxtar RespublikasıGənclər və İdman Nazirliyi və MR Paralimpiya Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində qolbol idman növü üzrə “Naxçıvan” komandasının məşqçi-müəllim və idmançı heyəti üçün təlim-məşq seminarı keçirilib. Azərbaycan Milli Paralimpiya Komitəsinin qolbol idman növü üzrə komandasının baş məşqçisi Zahir Abdullayev tədbir iştirakçılarını qolbol idman növü üzrə olan yeniliklər haqqında məlumatlandırıb. Sonra isə seminar idmançıların məşqi ilə davam etdirilib.
Naxçıvan Muxtar Respublikasının Paralimpiya Federasiyası bütün kateqoriyadan olan sağlamlıq imkanları məhdud şəxslərin bədən tərbiyəsi və idmana maraqlarının artırılmasını, bu kateqoriyadan olan idmançıların mövcud idman qurğularından səmərəli istifadələri üçün zəruri şəraitin yaradılmasını və istedadlı idmançıların aşkara çıxararaq Milli komandalara cəlb olunmaları məqsədilə müvafiq qurumlarla birgə tədbirlərin həyata keçirilməsini diqqət mərkəzində saxlayır. Cari ilin ötən dövrü ərzində sağlamlıq imkanları məhdud imkanlıidmançılar arasında xalq uşaq oyunları, tennis, darts (lövhəy əoxatma), şahmat, dama, yüngül atletika, qolbol və sair idman növləri üzrə yarışlar təşkiledilib, həmçinin sağlamlıq imkanları məhdud uşaqlardan təşkil olunan bədii gimnastika bölməsi fəaliyyətə başlayıb.Qolbol idman növü üzrə “Naxçıvan” komandasınınoyun təcrübəsinin artırılması üçün tədbirlərin təşkili də diqqət mərkəzində saxlanılır.

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti