!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisdə müsəlmanlar polis nəzarətində cümə namazı qılıblar-Video

!Reklam – Yazi

118538_res_01Fransanın paytaxtı Parisdə müsəlmanlar cümə namazına qatılıblar.

Ötən cümədən fərqli olaraq bu dəfə müsəlmanlar təhlükəsizlik yoxlamalarından keçdikdən sonra məscidlərə daxil ola biliblər. Məscidlərdə polis nəzarəti insanların təhlükəsizliyini təmin etmək məqsədi daşısa da, bundan narahat olanlar da az deyil.

Belçikada da cümə namazı öz axarında keçib. Müsəlmanlar radikalizm və zorakılığa qarşı çıxışlar ediblər. “Əl Xəlil” məscidinin direktoru Məhəmməd Larussi Avropa müsəlmanlarını terroru lənətləməyə çağırıb:

“Düşünürəm ki, Avropada müsəlmanların əksəriyyəti bu cür davranışları tənqid edir, özlərini bu cür radikal düşüncə tərəfdarı kimi görmürlər. Onlar terroru sərt şəkildə tənqid etməli və gündəlik həyatda da bunu göstərməli və bu insanların sülh şəraitində yaşayışında da öz əksini tapmalıdır.”

Ötən həftə noyabrın 13-də Paristə törədilən terror aktlarında ölənlərin sayı 130-a çatdı. Həmin hücumlarda xəsarət alanlardan biri bu gecə xəstəxanada keçinib. Bu barədə ölkənin baş naziri Manuel Valls məlumat verib. Bu terror aktlarında 350 nəfər yaralanıb. Terror aktından sonra Fransa senatı ölkədə 3 ay müddətində fövqəladə vəziyyət elan edib. Fövqəladə vəziyyət Fransa polisinə şübhəli insanları həbs etməyə, günün müəyyən vaxtlarında və müəyyən yerlərdə insanların və avtomobillərin hərəkətinə qadağa qoymağa imkan verir.

www.yenicag.az

503
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv