!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Parisin mərkəzində atışma baş verib: ölən və yaralananlar var

!Reklam – Yazi

Fransanın paytaxtı Parisdə “Yelisey Çölləri” prospektində silahlı insident olub.

Yeniçağ.Az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, atışma a nəticəsində bir polis əməkdaşının öldüyü, daha iki nəfərinin yaralandığı barədə məlumat verilmişdi.

Hücum edənlərin iki nəfər olduğu bildirilir. Cinayətkarlar “Kalaşnikov” tipli avtomat silahdan atəş açıblar. Onlardan biri cavab atəşi ilə öldürülüb, digəri hadisə yerindən qaçıb.

Cinayətkarın axtarışı davam etdirilir.

İŞİD terror qruplaşması atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.

Fransa DİN-nin məlumatına görə, hadisə yerinə yaxın üç metro stansiyası bağlanıb.

Yeniçağ.Az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv