yenicag.az
yenicag.az

Parlament seçkiləri ilə bağlı məhkəmə toplandı – Fotolar

Parlament seçkiləri ilə bağlı məhkəmə toplandı – Fotolar

Müəllif: Redaktor

Editor

0f45adbd4c439d52c546f723e59bde0dKonstitusiya Məhkəməsinin V çağırış Milli Məclisə seçkilərin MSK-nın seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi ilə bağlı iclası keçirilir.

İclasda çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev əvvəlcə məhkəmənin tərkibini elan edib.

Məruzəçi hakim Rafael Şəfiyev qeyd edib ki, seçkilər beş ildən bir keçirilir: “Seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi qaydaları Seçki Məcəlləsi ilə müəyyən edilir. Qanunun 54.1 –ci maddəsinin tələblərinə uyğun olaraq ekspert qrupları təyin edilib. Bakı, Şəki, Gəncə, Naxçıvan Apelyasiya Məhkəmələrinə seçkilərlə bağlı şikayətlər daxil olub. Bakı Apelyasiya Məhkəməsi bəyan edib ki, məhkəməyə 63 şikayət daxil olub. Onlardan 51 şikayət təmin edilməyib, bir şikayət isə qismən təmin edilib. Sumqayıt Apelyasiya Məhkəməsinə isə 13 şikayət daxil olub. Bütün şikayətlər təmin edilməyib. Şirvan Apelyasiya Məhkəməsinə seçkilərlə bağlı 23 şikayət daxil olub. 1 şikayət təmin edilərək MSK-nın qərarı ləğv edilib. Şəki Apelyasiya Məhkəməsinə 15 şikayət daxil olub. 7 iş üzrə şikayətlər təmin edilməyib, 1 şikayət isə təmin edilib. Naxçıvan Ali Məhkəməsinə şikayətlər daxil olmayıb. Ali Məhkəməyə seçkilərlə bağlı 64 iş daxil olub. 60 iş üzrə şikayətlər təmin edilməyib. 4 şikayətin qəbulundan isə imtina edilib. Respublika Prokurorluğu vətəndaşların seçki hüquqlarının pozulması ilə bağlı 23 müraciət daxil olub”.

***

MSK sədri Məzahir Pənahov çıxış edərək bildirib ki, təşviqat kampaniyasında namizədlərin seçicilərlə görüşlərində heç bir məhdudiyyət olmayıb: “Namizədlərin təşviqatı Seçkilər Məcəlləsinin tələblərinə uyğun olaraq keçirilib. Hərəkət və görmə qabiliyyəti məhdud olan insanların səsverməsi üçün bütün şərait yaradılıb. Müxtəlif seçki subyektləri üçün maarifləndirmə proqramları həyata keçirilib. Yerli müşahidəçilərin sayı 65 mindən çox olub. Məntəqələrdə veb kameralar quraşdırılıb. Yalnız bir seçki dairəsində seçicilərin iradəsinin müəyyən etməyin mümkün olmadığını təsdiq edib. 53 məntəqədə isə seçkilərin nəticələri ləğv edilib. Seçkilər Azərbaycan tarixində əlamətdar hadisə kimi yadda qalacaq.

53 məntəqədə qeydə alınan pozuntular əsasən seçicilərin öz siyasi iradəsinin müəyyən edilməməsi faktı ilə bağlıdır. Namizədlərin etibarlı səslərin hesablanmasına düzəlişlər edilməsi, səslərin mandatlar arasında bölünməsinə kobud pozuntulara yol verilməsi kimi hallar müşahidə olunub. Hesab edirəm ki, seçkilər Azərbaycan tarixində əlamətdar hadisə kimi yadda qalacaq”.

Konstitusiya Məhkəməsinin dinləmələri başa çatıb. Sənədlərin araşdırılması və qərar qəbul edilməsi üçün məhkəmə müşavirəyə yollanıb.

Cəmiyyət, Manşet, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti