www.sinerjipro.net

SinerjiProWide
Reklam

Qırğızıstan parlamentinin sədri Çınıbay Tursunbekov tutduğu postdan istefa verəcəyini açıqlayıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Tursunbekov bundan sonrakı siyasi fəaliyyətinə millət vəkili olaraq davam edəcəyini söyləyib.

Parlament sədri son çıxışında istefasının səbəbini bu sözlərlə izah edib:

“Qırğızıstanda prezident seçkiləri keçirildi. Prezidentlik vəzifəsi sülh şəraitində təhvil veriləcək. Bu ənənə bütün dövlət orqanlarında davam etdirilərsə, ölkədə demokratiya inkişaf edəcək. Prezident seçkilərindən sonra yaranan siyasi gərginliyi nisbətən azaltmaq üçün istefa verməyi qərara aldım.”

Qeyd edək ki, Tursunbekov öz namizədliyini üzv olduğu Sosial Demokrat Partiyasından irəli sürmək istəsə də, təklifi qəbul olunmamışdı. Bu səbəbdən də o, partiya rəhbərliyinə sərt reaksiya vermişdi. Qeyd edək ki, seçkilərdə qələbə qazanan Sooronbay Ceenbekov da namizədliyini SDP-dən irəli sürmüşdü.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1412
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."