www.sinerjipro.net

SinerjiProWide
Reklam

davaBu gün Türkiyə parlamentində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) deputatları ilə HDP-li təmsilçilər arasında dava düşüb.

Yenicag.az “AzVision”-a istinadən xəbər verir ki, səhiyyə naziri Rəcəb Akdağ İstanbulda törədilən terror aktına qarşı birgə bəyanata imza atmayan HDP-li millət vəkillərinin ünvanına sərt sözlər işlədib.

Nazirin “İradəniz sizin əlinizdə deyil, o bombanı ora qoyanların əlindədir” sözlərindən sonra millət vəkilləri arasında gərin anlar yaşanıb. HDP-li Bəhcət İldırım Akdağa “səhiyyə naziri deyil, müharibə nazirisən” deyərək reaksiya göstərib.

Səhiyyə nazirinin çıxışından sonra kürd deputalarla hakim partiyadan olan deputatlar arsındakı mübahisə davaya çevrilib. Cümhuriyyət Xalq partiyasının nümayəndələri deputatların davasına müdaxilə edib.

Dava nəticəsində kürd deputat Yıldırım Meclis xəsarət alıb. Deputata parlamentdə ilkin tibbi yardım göstərilib.

İclas təxirə salınıb.

https://www.youtube.com/watch?v=vOa1VwOZ7is

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 47
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."