www.sinerjipro.net

SinerjiProWide
Reklam

1445575826_01-300x220Deputat bəzi yerlərdə deyib ki, guya, o, Milli Məclisin iclas zalının bütün mebellərini öz şəxsi pulu ilə alıb

112 saylı Qax seçki dairəsində vəziyyət getdikcə pisləşir. Paşa İlisuyskinin seçkilərdən namizəd olaraq uzaqlaşdırılması, ardından isə digər namizədlərə qarşı da piar kampaniyasının təşkil olunması birbaşa deputat Azər Kərimovun yenidən seçdirilməsi üçün nəzərdə tutulmuş oyundur. JAM.AZ xəbər verir ki, Azər Kərimov artıq o qədər arxayınlaşıb ki, nə danışdığını belə özü bilmir.

Məlumatlara görə, sözügedən şəxs bir sıra yerlərdə açıq şəkildə etiraf edib ki, onun seçki kampaniyası aparmasına, əhali ilə görüşlərə, hətta seçki vaxtı rayona gəlməsinə qəti ehtiyacı yoxdur. Və bütün bu işləri də məhz gözdən pərdə asmaq üçün edir.

JAM.AZ xəbər verir ki, Azər Kərimov hətta işi o yerə çatdırıb ki, olmazın iddialar irəli sürür. Məsələn, deyilənlərə görə, deputatlığa namizəd bir neçə yerdə təkarar edib ki, o mandate alması üçün xərci çoxdan çəkib. Və iddia olaraq bildirib ki, bir müddət əvvəl təmir edilmiş Milli Məclisin iclas zalının bütün mebelini məhz o verdirib.

Qeyd edək ki, Milli Məclisin iclas zalı yüksək səviyyədə təmir olunub. Təmirdən sonar isə deputatların əyləşməsi üçün yeni mebellər quraşdırılıb. Və bu mebellər heç də ucuz qiymətə deyil. Eyni zamanda, zövqlə seçiliblər. Əgər həqiqətən də bu mebelləri deputat Azər Kərimov alıbsa, o zaman sual meydana çıxır ki, dəyəri milyon manatla ölçülən bu qədər yumuşaq mebel dəstlərini o hansı pulla alıb. Hər halda deputat maaşı ilə bu qədər bahalı əşyaları almaq mümkün deyil.

Xatırladaq ki, Qaxın icra başçısı Musa Şəkəliyev də birbaşa göstəriş verib ki, Azər Kərimovun deputat seçdirilməsi üçün bütün inzibati resurslar işə salınmalıdır. Hətta deputatın yerinə rayonda bir çox hallarda yerli icra nümayəndələri, bələdiyyələr təbliğat aparırlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 34
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."