!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partlayışda yaralanan 5 nəfər evə buraxılıb

!Reklam – Yazi

Bu gün səhər saatlarında hərbi hissənin silah anbarında baş verən partlayışda xəsarət alan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə, Fövqəladə Hallar nazirliklərinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilmiş hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər şəxs isə xəstəxanada müşahidə altında saxlanılır. Onun vəziyyəti sabitdir, həyatı üçün təhlükə yoxdur.

Baş vermiş hadisə nəticəsində digər ağır xəsarət alan və yaxud vəfat edən şəxslər olmayıb.

Qeyd edək ki, avqustun 27-də səhər saat 09 radələrində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin utilləşmə üçün hazırlanmış silah–sursat anbarında yanğınla müşayiət olunan partlayışlar baş verib.

Yenicag.az

www.yenicag.az

1058
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv