www.sinerjipro.net

SinerjiProWide
Reklam

Rövşən Novruzov şirkətin onun borcunu ödəməkdən imtina etdiyini bildirir

Sığorta agentliklərindən hər keçən gün şikayət daha da artır. Vəd verib, daha sonra müxtəlif bəhanələrlə vətəndaşların sığortalarını ödəməyən şirkətlər Azərbaycanda kifayət qədərdir. Lakin “Paşa Sığorta” son illərin ən başarılı şirkətlərindən sayılır. Baxmayaraq ki, bu sığorta şirkətindən də şikayət edilir. Qarabağ qazisi və məcburi köçkün olan Rövşən Novruzov bu şirkətdən başda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham  Əliyev olmaqla, bütün dövlət rəsmilərinə müraciət edib.

 

İpoteka kreditini ödəyə bilməyən vətəndaş sığorta şirkətinin ona yardım etməkdən imtina etdiyini bildirir.

 

Laçın rayon Pircahan kəndindən məcburi köçkün, hal-hazırda müvəqqəti olaraq, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu tərəfindən ərizələri təqdim edirik:

 

 

Ə r i z ə

    Hörmətli Cənab Prezident!

 

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, dəfələrlə müraciət etməyimə baxmayaraq hələdə müraciətlərim cavabsız qalmaqdadır, əmək qabiliyyətimi itirib, 2-ci qrup əlil olduqda nədənsə bəzi orqanlar tərəfindən bizə biganə yanaşılır, əlilə belə münasibət olmaz, niyə bəzi orqanlar istəyirlər ki, Yevlaxda, Bərdədə və digər yerlərdə incidilən günahsız əlilər, sonda qayğısız, çarəsiz və məcbur qalıb, şikayətləri eşidilmədikdə özlərini yandırırlar, məndə sonda bunlar kimi etməliyəm ki, müraciətim qəbul edilsin, əmək qabiliyyətimi itirəndən sonra cəmiyyətə biz əlilər lazım deyilikmi, sonda bildirmək istəyirəm ki, biz əlillərin müdafiəçisi Ali Baş Komandanımız, Maliyyə və Əhalinin Sosial Müdafiə Nazirimiz var, onlar bizə daima dayaq olub və olacaqlarda, mən ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu 20 may    1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildə yağı düşmənlərimizin edikləri vəhşiliklər nəticəsində doğma torpaqlarımız olan Laçın rayonundan məcburi köçkün düşdük və mən hərbiçi olaraq yağı düşmənlərimizdən qisas almağı qərara gəldim.

1993-cü ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olmuş, 1996-ci ildə oranı bitirdikdən sonra həmin ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinə daxil olmuş,  2000-ci ildə həmin məktəbi Taktiki Qoşun Kəşfiyyatı Komandiri ixtisası üzrə tam kurs bitirmiş, dövlət imtahanı komissiyasının qərarı ilə zirehli tank və avtomobil texnikasının istismarı üzrə mühəndis ixtisasını bitirmişəm.

Məktəbi bitirdikdə mənə “leytenant” hərbi rütbəsi verilmiş və Müdafiə Nazirinin əmrinə əsasən xidmətimi davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmişəm.

Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm.

2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam.

2008-ci ildə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam.

2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam.

Qeyd etmək istəyirəm ki, xidmətimin axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm.

Sonuncu vəzifəm N saylı hərbi hissənin 2-ci taborunun qərargah rəisi olmuşdur. 21.08.2013-cü il tarixdə Müdafiə Nazirinin əmri ilə təxris oldum.

Hal hazırda 2-ci qrup əliləm, ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm.

Xidmət müddətində güzəştli şərtlərlə Azəriqazbankdan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev almışam, bu günə qədər  bank və sığorta xərclərin vatlı-vaxtında ödəmişəm, hal-hazırda 2-ci qrup əliləm, işsizlik qabiliyətindəyəm, ipoteka kreditin ödəyə bilmirəm, eyni zamanda “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam, mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər, Hörmətli Prezidentimiz, Ali Baş Komandanımız, Cənab Maliyyə Nazirimiz, Azəriqazbankın Müşahidə Şurasının Sədri və İdarə Heyyətinin sədri üzümü Sizə tutub müraciət edirəm ki, bu məsələdə maraqlı bir şəxslər olmağınızla əlaqədar, mənə kömək edin.

Ehtiyyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və Xəstəlik Hərbi Xidmət Döründə Alınmışdır, Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam.

Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyən vəzifələrdə xidmət etmişəm. Azərbaycan Respublikası Prezdentinin, Milli Məclisin, Nazirlər Kabinetinin və Maliyyə Nazirinin qanunların, əmrlərin, sərəncamların, qərarların və fərmanların oxuyub riayət etmək lazımdır.

Nəzərinizə çatdırmaq istəyirəm ki, mən sıgorta haqqlnda qanunu tam səkildə oxumuşam, yaxşı qanunun tələblərin başa düşürəm, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti öz nüfuzlu adına ləkə gətirərək belə hərəkətlərə yol verməməsini istərdim, həttda məni rəhbərliklə görüşdürməyi bildirdim, mənə dedilər ki, rəhbərlikdən heç kim burda yoxdur, hamısı xarici ölkələrdədir, sonradan yenə rəhbərliklə görüşməyim barədə müraciət etdim, dolaysı yollarla məni başlarından edib, yola saldılar, bəyəm rəhbər harasa getdikdə yerinə kimisə təyin etmirmi, onuda bildirmək istəyirəm ki, bəs niyə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti mənim həyatımı sığortalayaraq, ödəniş tələb edir, sonda isə mən 2-ci qrup əlil olanda, müqavilə şərtlərini kobudcasına pozaraq, ödəniş etməkdən imtina edirlər. Bu kimi ədalətsizliyi, haqsızlığı görüb, Sizlərə üzümü tuturam və müraciət edirəm ki, “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti mənim hüquqlarımı pozmasın, Azərbaycan Respublikası Prezidentinin Sığorta haqqında qanununa riayət etməklə, müqavilə şərtlərinə əməl etsin, əks halda Ali Bas Komandana, bütün dövlət orqanlarına, məhkəməyə və mətbuat orqanlarına müraciət edəcəm.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, məni sığorta tələb etməməyə səsləyənlər Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərin diqqətlə oxusun və sonrada mənim hüquqlarımı tapdalamasın, nəinki mənə həttda hər bir Azərbaycan vətəndaşına öz sahəsi üzrə düzgün məlumat versin.

Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 519 nömrəli

 “Sığorta fəaliyyəti haqqında” qanunu

Maddə 14. Həyat və qeyri-həyat sıgortası, onlara aid olan sıgorta sinifləri.

14.1. Sıgortaçılar həyat sıgortası və ya qeyri-həyat sıgortası (ümumi sıgorta) sahələrindən yalnız biri üzrə fəaliyyət göstərə bilərlər.

14.2. Həyat sıgortası sıgorta obyektinə görə səxsi sıgortaya aid olan asagıdakı sıgorta siniflərini özündə birləşdirir:

14.2.1. sıgortalı və ya sıgorta olunan öldükdə sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan həyatın ölüm halından sıgortası;

14.2.2. sıgorta müqaviləsinin qüvvədə oldugu müddətdə sıgorta olunanın öldüyü, yaxud sıgorta müqaviləsində müəyyən edilmiş yasa, müddətə qədər yasadıgı halda sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan həyatın yasam sıgortası;

14.2.3. sıgorta olunanın müəyyən yasa çatması, yası, əlilliyi, 18 yasınadək saglamlıq imkanlarının məhdudlugu və ya xəstəliyi ilə əlaqədar əmək qabiliyyətini itirməsi, ailəbasçısını itirməsi, issiz qalması və şəxsi gəlirlərinin azalmasına, yaxud itirilməsinə səbəb olan digər hallarda pensiya, yaxud renta şəklində dövri sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan annuitet sıgortası;

14.2.4. sıgorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirdiyi halda, onun itirilmiş gəlirinin əvəzini ödəmək məqsədiləsıgorta ödənişlərinin həyata keçirilməsini nəzərdə tutan əmək qabiliyyətinin itirilməsi hallarından sıgorta;

14.2.5. sıgorta olunanın səhhətində onun həyatını təhlükə altına qoyan Xəstəlik müəyyən edildikdə sıgorta ödənislərinin həyata keçirilməsini nəzərdə tutan sagalmaz xəstəliklrdən sıgorta.

14.3. Qeyri-həyat sıgortası (ümumi sıgorta) özündə asagıdakı sıgorta siniflərini birləşdirir:

14.3.1. sıgorta obyektinə görə şəxsi sıgortaya aid olan siniflər:

14.3.1.1. sıgorta olunan bədbəxt hadisə, yaxud xəstəlik nəticəsində öldükdə, ümumi hallarla, yaxud peçəsi ilə baglı əmək qabiliyyətini tam və ya qismən itirdikdə, yaxud saglamlıgına basqa cür xəsarət dəydikdə, müqavilədə müəyyən edilən məbləgdə, həmçinin sıgorta olunanın əlavə xərclərinin əvəzinin tam və ya qismən ödənilməsi miqdarında sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan fərdi qəza və xəstəlik sıgortası;

14.3.4. Sıgorta obyektinə görə əmlak sıgortasına aid olan kredit sıgortası üzrə asagıdakı siniflər:

14.3.4.1. müflis olması və ya ölməsi, həmçinin öz öhdəliklərini digər səbəblərdən yerinə yetirə bilməməsi ilə əlaqədar kredit verilmis şəxsin krediti qaytarmaması nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödnilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan kreditlərinsıgortası;

14.3.4.2. ipoteka qoyulan əmlakın bazar qiymətinin düşməsi ilə əlaqədar ipoteka müqaviləsi üzrə borclunun həmin müqavilə ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirəbilməməsi nəticəsində kreditorun əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan ipoteka sıgortası;

14.3.4.3. bu Qanunun 14.3.4.1-14.3.4.2-ci maddələrində göstərilməyən, sıgorta obyektinə görə əmlak sıgortasına aid olan kreditlərin sıgortası üzrə digər siniflər.

14.3.5. Sıgorta obyektinə görə əmlak sıgortasına aid olan qarısıq maliyyə risklərinin sıgortası üzrə asagıdakı siniflər:

14.3.5.1. əmlakın bazar qiymətinin düsməsi halında ondan istifadə ilə əlaqədar sıgortalının əmlak mənafelərinə dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan bazaar dəyərinin düsməsi riskindən sıgorta;

14.3.5.2. sıgortalının kommersiya fəaliyyətində sıgorta hadisəsi nəticəsində bas verən fasilə ilə əlaqədar, onun əmlak mənafelərinə əldən çıxan fayda və əlavə xərclərləbaglı dəyən zərərin əvəzinin tam və ya qismən ödənilməsi üçün sıgorta ödənisinin həyata keçirilməsini nəzərdə tutan isin dayanması ilə baglı risklərdən sıgorta.

 

 

Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 519 nömrəli

“Sığorta fəaliyyəti haqqında” qanunu əsasən

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində

Həyatın Müddətli Sığortası haqqında

Müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunanın ölüm və digər əlavə risklərdən sığortasıdır.

Sığorta təminatı

Ölüm:

Sığorta olunanın vəfat etməsi nətiscəsində sığorta olunana müqavilədə nəzərdə tutulan məbləğin ödənilməsidir.

Digər risklər:

Bədbəxt hadisə nəticəsində ölüm Sığorta olunan bədbəxt hadisə nəticəsində vəfat etməsi nəticəsində müqavilədə nəzərdə tutlan sığorta məbləğin ödəniməsi.

 

Bədbəxt hadisə nədir?

Bədbəxt hadisə kənar fiziki təsirlə əlaqədar olan və Sığorta olunanın həyatı və sağlamlığına zərər vuran qəfil, gözlənilməz və təsadüfi hadisədir.

 

Hər hansı səbəbdən ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi Bədbəxt hadisə və ya xəstəliklər nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi halında sığorta ödənişi verilir. Bədbəxt hadisə və ya kəskin xəstəlik nəticəsində ümumi əmək qabiliyyətinin daimi və tam itirilməsi sığorta olunanın hər hansı bir əmək fəaliyyətlə məşğul olmaq qabiliyyətinin tam və daimi itirilməsidir və əlillik dərəcələri təyin olunmaqla sığorta ödənişləri aşağıda qeyd olunmuş qaydada müəyyən edilir:

 

      I Qrup əllilk üzrə – sığorta məbləğinin 100 % həcmində

      II Qrup əllilk üzrə – sığorta məbləğinin 80 % həcmində

      III qrup əllik üzrə – sığorta məbləğinin 60% həcmində

 

Bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi Əmək qabiliyyətinin müvəqqəti tam itirilməsi zamanı 15-ci gündən başlayaraq sığorta olunmuş şəхsə gündəlik kompensasiya məbləği onun gündəlik əmək haqqının 70%-i həcmində ödənilir.

 

Sığorta müqaviləsində nəzərdə tutulan sağalmaz xəstəliklər:

Həyat üçün təhlükəli sayılan xərçəng xəstəliyi;

Miokard infarktı;

Beyin qan dövranının kəskin pozğunluğu (insult);

Kəskin böyrək çatışmazlığı (davamlı hemodializa ehtiyacı olan);

Aorto-koronar şuntlama əməliyyatının keçirilməsini tələb edən xəstəliklər;

 

Həyat üçün vacib orqanların köçürülməsinə ehtiyacı olan xəstəliklər və s.

İstisnalar:

Sığorta olunan özünün intihar etməsi;

Hərbi əməliyyatlar, vətəndaş qarşıdurmaları, hərbi çevrişlərdə iştirak;

Sığortalının və ya faydagötürənlərin sığorta hadisəsinin baş verməsinə yönəlmiş qəsdən hərəkəti;

Sığorta olunanın alkoqollu, narkotik və ya toksik sərxoşluğu, o cümlədən belə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsi;

Baş vermə səbəbindən asılı olmayaraq yaranan psixi pozuntular;

Zöhrəvi xəstəliklər, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) və immun çatışmazlığı virusu (İÇV) ilə əlaqədar meydana gələn bütün xəstəliklər;

 

Hörmətli Cənab Prezident!

 

Sizdən xahiş edirəm ki, qanuna müvafiq olaraq sığortalandıqdan sonra 2-ci qrup əlil olduğum və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalandığım üçün mənə Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2007-ci il tarixli 19 nömrəli “Sığorta fəaliyyəti haqqında” qanuna müvafiq olaraq sığorta ödənilməsinə göstəriş verəsiniz.

 

Hal hazırda 2-ci qrup əliləm, cərahiyyə olunmağa ehtiyacım var, işləmirəm, ailəliyəm, iki azyaşlı uşağım var, himayəmdə müharibə və əmək veteranı, təqaüdçü atam, anam var.

Xəstəlik haqqında sənədləri “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə təqdim etmişəm.

Eyni zamanda “PAŞA Həyat Sığorta” ASC-dən mənə bildirirlər ki, sənə sığorta şamil edilmir, bəyəm onlar bilmir ki, ürək qüsuru, 2-ci sinif ürək çatışmamazlığı xəstəliyi sağalmaz xəstəlikdir, Cənab Prezident bu istiqamətdədə mənə kömək etməyinizi Sizdən xahiş edirəm.

Hörmətli Prezident, Cənab dövlətimizin vəzifəli şəxsləri Yuxarıda  qeyd ediklərimi tam şəkildə nəzərə alıb, mənə kömək edəcəyinizə inanıram.

Əlaqə telefonu:  0552658026.

02.04.2014-cü il.                                          İmza:                 Rövşən NOVRUZOV

 

“Azəriqazbank” ASC-nin İdarə Heyətinin Sədri.

Cənab  Azər Mövsümova.

 

“PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri.

Cənab  Mürsəl Rüstəmova.

 

 

Laçın rayon Pircahan kəndindən məcburi köçkün, hal-hazırda müvəqqəti Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Rüfət Abdullayev küçəsi ev 2, mənzil 5 ünvanında yaşayan 2-ci qrup əlil ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu tərəfindən

 

 

Ə r i z ə

    Hörmətli Cənab Sədr!

 

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən ehtiyyatda olan mayor Novruzov Rövşən Rafayıl oğlu 20 may 1979-cu ildə Laçın rayon Pircahan kəndində anadan olmuşam, azərbaycanlıyam, 1992-ci ildə yağı düşmənlərimizin edikləri vəhşiliklər nəticəsində doğma torpaqlarımız olan Laçın rayonundan məcburi köçkün düşdük və mən hərbiçi olaraq yağı düşmənlərimizdən qisas almağı qərara gəldim.

Mən 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşam. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişəm.

2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubley medalı ilə təltif olunmuşam.

2008-ci ildə  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubley medalı ilə təltif olunmuşam.

2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalı ilə təltif olunmuşam.

Qeyd etmək istəyirəm ki, xidmətimin axrncı 8 ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Daşsalahlı, Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm, Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərinin ərazilərində keçirmişəm.

Xidmət müddətində güzəştli şərtlərlə Azəriqazbankdan ipoteka götürərək, Suraxanı rayon Hövsan qəsəbəsində ev almışam, bu günə qədər  bank və sığorta xərclərin vatlı-vaxtında ödəmişəm, hal-hazırda 2-ci qrup əliləm, işsizlik qabiliyətindəyəm, ipoteka kreditin ödəyə bilmirəm, eyni zamanda “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalanmışam, mənim bu vəziyyətimdə sığorta ödəmək istəmirlər.

Ehtiyyata buraxıldıqdan sonra Hərbi Kliniki Hospitalda müayinə və müalicə olunmuşam və Xəstəlik Hərbi Xidmət Döründə Alınmışdır, Hərbi Həkim Komissiyasının qərarı ilə şəhadətləndirilmişəm.

Respublika Tibbi-Sosial Ekspertiza Komissiyasının qərarı ilə 2-ci qrup əlil təyin olunmuşam.

Hal hazırda 2-ci qrup əliləm, ehtiyyatda olan zabitəm, 18 təqvim ili xidmət etmişəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 1999-cu il 696-IQ saylı “Sığorta haqqında” Qanuna müvafiq olaraq “PAŞA Həyat Sığorta” ASC-nin və “Azəriqazbank” ASC-nin vəzifəli şəxsləri bu qanundan irəli gələn aşağıda qeyd etdiyim tələbləri düzgün yerinə yetirməyərək, kobud nöqsanlara yol verməklə mənimlə həyat sığorta müqviləsin formal bağlatdırıblar, belə ki,

 

I fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

Sığorta müqaviləsi – sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür;

 

 

II fəsil

Sığorta işinin təşkili

Maddə 14. Təkrar sığorta

2.Təkrar sığorta müqaviləsini bağlamış sığortaçı sığorta müqaviləsinə uyğun olaraq sığortalı qarşısında götürdüyü öhdəliklərə görə tam həcmdə məsuliyyət daşıyır.

 

III fəsil

Sığorta müqaviləsi

Maddə 25. Sığorta müqaviləsinin bağlanması

1. Sığorta müqaviləsinin bağlanması üçün sığortalı müqavilə bağlamaq niyyəti barəsində sığortaçıya yazılı təklif verir, yaxud bu niyyətini şifahi bildirir.

2. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, sığortalıya verilən sığorta şəhadətnaməsi ilə təsdiq edilir.

 

Maddə 34. Sığortalının vəzifələri

Sığortalının vəzifələri aşağıdakılardır:

1.1. sığorta haqqını vaxtında ödəmək;

1.2. sığortalanmış obyektə dair qüvvədə olan digər sığorta müqavilələri barədə sığortaçıya məlumat vermək;

1.3. sığorta hadisəsi baş verdikdə, bu barədə sığorta müqaviləsində müəyyən edilmiş müddətdə sığortaçını xəbərdar etmək;

1.4. ziyanın qarşısının alınması və azaldılması üçün tədbirlər görmək;

1.5. sığorta müqaviləsi bağlanarkən riskin qiymətləndirilməsi üçün əhəmiyyəti olan hallar və riskin sonradan dəyişilməsi barədə sığortaçıya məlumat vermək.

2. Sığorta müqaviləsində sığortalının başqa vəzifələri də nəzərdə tutula bilər.

 

Maddə 35. Sığortaçının vəzifələri

1. Sığortaçı:

1.1. sığortalını sığorta qaydaları ilə tanış etməli;

 

Nəzərinizə çatdırmaq istətirəm ki, yuxarıda qeyd etdiyim qanunun tələblərinin mənə aid hissəsi pozulmadan yerinə yetirilmişdir, ancaq sığorta ilə bağlı müqavilə şərtləri ilə tanış olmadığım, razılaşmadığım, imzalamağım, sığorta müqaviləsindən məlumatsız olduğum, mənim yerimə kiminsə razılıq haqqında imza etməsi və sair şərtlər hamısı mənim iştirakım olmadan formal olaraq tərtib edilmiş və imzalanmışdır, bu kimi ədalətsizliyi görüsəidim, mən əvvəldən bu sığorta ilə deyil, digərləri ilə müqavilə bağlayardım və şərtlərlə tam tanış olardım, həttda sığorta şirkəti mənim xəbərim olmadan, birinə xitam verilib, digərinə keçrilib, beləliklə Sizində burda daha çox maraqlı şəxs olmağınız üzə çıxır, bu ərizəni digər orqanlara deyil Sizlərə ünvanlayıram mənə kömək etməyinizi istəyirəm.

Eyni zamanda qeyd etmək istəyirəm ki, 19.02.2014-cü ildən başlayaraq dəfələrlə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində müraciət etmişəm, müraciətimə müsbət cavab verən yoxdur, qeyd etmək istəyirəm ki, mən 7 il Ali Hərbi Məktəb oxumuşam, 18 il müəyən vəzifələrdə xidmət etmişəm. Azərbaycan Respublikası Prezdentinin, Milli Məclisin, Nazirlər Kabinetinin və Maliyyə Nazirinin qanunların, əmrlərin, sərəncamların, qərarların və fərmanların oxuyub riayət etmək məqsədə uyğunluğun hesab edirəm.

 

Hörmətli Cənab Sədr!

 

Sizdən xahiş edirəm ki, Açıq Səhmdar Cəmiyyəti olmağınızla əlaqədar qanuna müvafiq olaraq, sığortalandıqdan sonra 2-ci qrup əlil olduğum və “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində sığortalandığım üçün mənə “PAŞA Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığorta ödənilməsinə köməkdarlıq göstərəsiniz.

 

Hal hazırda 2-ci qrup əliləm, cərahiyyə olunmağa ehtiyacım var, işləmirəm, ailəliyəm, iki azyaşlı uşağım var, himayəmdə müharibə və əmək veteranı, təqaüdçü atam, anam var.

Xəstəlik haqqında sənədləri “Paşa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətinə təqdim etmişəm.

Yuxarıda  qeyd ediklərimi tam şəkildə nəzərə alıb, mənə kömək edəcəyinizə inanıram.

Əks halda məçbur qalıb, “PAŞA Həyat Sığorta” ASC və “Azəriqazbank” ASC barədə Hörmətli Prezidentimizə, Milli Məclisə, Nazirlər Kabinetinə, Maliyyə Nazirliyinə və Məhkəməyə müraciət edəcəm.

Əlaqə telefonu:  0552658026.

02.04.2014-cü il.                                          İmza:                 Rövşən NOVRUZOV

 

P.S. Yazıda adı çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 60
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."