!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Payız gəldi

!Reklam – Yazi

110691_res_01Bu gün Bakı vaxtı ilə saat 13:22-də Azərbaycanda payız fəsli başlayır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi katibi Orxan Xəlilov bildirib.

Onun sözlərinə görə, bu gün gecə və gündüz bərabərliyi baş verəcək: “Sentyabrın 23-də sutka 12 saat olmaqla yarıya bölünür. Bununla da gecələr uzanır, gündüzlər isə qısalır”.

Xatırladaq ki, payız fəsli dünyanın şimal yarımkürəsində sentyabr, oktyabr, noyabr aylarında, cənub yarımkürədə isə mart, aprel, may aylarında yaşanır. Bu mövsümdə gecələr uzanır və gündüzlər qısalır. Hərarəti və işığı azalan günəş daha tez batır. Payız günləri əsasən sərin, yağıntılı və küləkli keçir.

İldə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş verir. Yaz gecə-gündüz bərabərliyi isə martın 21-nə təsadüf edir.(report)

www.yenicag.az

1619
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv