Yazı İçi 468×60

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda qarlı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, havaların qarlı, şaxtalı və qeyri-sabit olması yollarda sürüşmə və qəzaların başvermə ehtimalını artırır.

V.Əsədov qeyd edib ki, belə hava şəraitində sürət həddi minimuma endirilməli və ara məsafəsi normadan artıq saxlanmalıdır: “Belə hava şəraitində əyləc sistemindən istifadə etmək avtomobilin sürüşmə ehtimalını artırır. Daha çox ictimai nəqliyyatdan istifadəyə üstünlük vermək lazımdır. Şəxsi avtomobillərdən istifadə edənlər mövsümi şinlərdən və texniki cəhətdən tam saz olan avtomobillərdən istifadə etməlidirlər. Sürət həddini seçərkən hava şəraiti nəzərə alınmalı, xüsusilə enişli-yoxuşlu yollarda diqqətli olmalı, əyləc sistemindən mümkün qədər az istifadə etməlidirlər. Avtomobilin dövlət nömrə nişanlarının və işıq cihazlarının təmiz saxlanması təmin edilməlidir. Çünki işıq cihazlarının görünməməsi arxadan hərəkət edən nəqliyyat vasitəsinə qarşıda gedən avtomobilin hansı manevr etməsini müəyyən etməsinə çətinlik yaradır. Bu da sonda yol qəza hadisəsinin baş verməsinə səbəb olur”.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."