Paytaxtda 9 avtomobil qarət olundu – Fotolar

Paytaxtda 9 avtomobil qarət olundu – Fotolar

Müəllif: Redaktor

Editor

Xətai rayonu Cavanşir 21 küçəsinin sakinləri səhəri xoşagəlməz hadisə ilə açıblar.

Yenicag.az-a daxil olan məlumata görə, buna səbəb isə onlara məxsus avtomobillərin qarət olunmasıdır. Naməlum şəxs (və ya şəxslər) sözügedən ərazidə bir gecədə nə az-nə çox düz 9 avtomobili qarət ediblər.

Qarətçilər avtomobillərdən eyni üsulla ( arxa oturacagın şüşəsini xüsusi avadanlıqla sındıraraq) oğurluq ediblər. Elə zərərçəkən Cavid Əhmədovun da avtomobili bu üsulla qarət olunub. Zərərçəkənin sözlərinə görə, oğrular 9 avtomobili elə qarət ediblər ki, heç kimin xəbəri belə olmayıb.

Artıq məsələ ilə bağlı Daxili işlər nazirliyinin 102 qaynar xəttinə məlumat verilib. Hadisə yerinə baxış keçirən polis əməkdaşları əl izləri gotürdükdən sonra zərərçəkənlərin izahatı alınıb.

Ərazidə yaşayan sakinlərin sözlərinə görə, avtomobillərin qarət olunması birinci dəfə olsa da, Cavanşir 21 küçəsində bir müddət əvvəl də ərzaq mağazası soyulub. Sakinlərin indi bir istəyi var: onlara ziyan vuran şəxs saxlanılaraq, istintaqa təhfil verilsin.

Yenicag.az

Xəbərlər, Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti