Paytaxtda ağır qəza: yaralanan var – Fotolar

Müəllif: Redaktor

Editor

Bakının Xətai rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-a daxil olan məlumata görə, “Mercedes” markalı mikroavtobusla “Toyota Corolla” markalı minik avtomobili toqquşub. Nəticədə minik maşını deformasiyaya uğrayıb, sürücü isə ağır yaralanıb.

Hadisə yerinə gələn FHN əməkdaşları sürücünü sıxışıb qaldığı avtomobildən çılxararaq aidiyyatı qurumlara təhvil verib.

Faktla bağlı araşdırma başlanıb.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır