!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Paytaxtda daha bir yol bağlanır

!Reklam – Yazi

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, məhdudlaşdırma aprel ayının 3-dən 4-nə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək.

Alternativ olaraq sürücülər Babək prospekti – Fəzail Bayramov küçəsi – Xocalı prospekti – Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi – Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadə edə bilərlər.

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv