HighTechnic

hightechnic
Ads by Google

xw_1029348fgRusiyanın paytaxtı Moskva şəhərinin cənub-şərqində atışma baş verib.

Bu haqda məlumatı “vesti.ru” saytı yayıb. Hadisə isə Ryazan prospektində yerləşən 5 nömrəli binada baş verib.

Tikinti şirkətlərinin birinə naməlum şəxslər daxil olub. Çağırılmayan “qonaqlar”la mühafizə xidmətinin əməkdaşları arasında mübahisə yaranıb.

Nəticədə mühafizə xidmətinin əməkdaşı gələnlərə tərəf “Sayqa” silahından atəş açıb. Naməlum şəxslərdən biri ölüb, digəri isə yaralanıb.

Əldə edilən məlumata görə naməlum şəxslər dəfələrlə bu şirkətə gələrək qeyri-qanuni yollarla və aşağı qiymətə qum və çınqıl almaq istəyib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 52
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."