Pedaqoji Universitetdə iki rektor var – QALMAQAL

Müəllif: Redaktor

Editor

64040Prezident İlham Əliyevin Azərbaycan Müəllimlər İnstitutunun Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması barədə sərəncam imzalamasından iki ay ötsə də onun müvafiq qurumalar qarşısında qoyduğu tapşırıqların hələ də həll edilməməsinin fəsadları haqqında Moderator.az – a ilginc məlumat daxil olub.

Belə ki, Azərbaycan Müəllimlər İnstitutu (AMİ) N. Tusi adına Pedaqoji Universitetlə birləşdirilməsindən sonra qurumda iki hakimiyyətlilik yaranıb. AMİ rektoru əvəzi Asəf Zamanovun universitetin rektoru Yusif Məmmədovla yola getməməsi münasibətlərdə gərginliklə müşayət olunmağa başlayıb. Asəf Zamanov iddia edir ki, birləşmə tam başa çatandan sonra bilmək olmaz universitetə kim rəhbərlik edəcək, onun özü, yoxsa Yusif Məmmədov…?

Xatırladaq ki, prezident sərəncamında deyilirdi:

Pedaqoji kadrların müasir tələblər səviyyəsində hazırlanmasını təmin etmək, ali təhsil müəssisələrinin sayını optimallaşdırmaq, mövcud maddi-texniki və kadr potensialından istifadənin səmərəliliyini artırmaq məqsədilə tutaraq qərara alınsın ki, Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulsun.

Sərəncama əsasən, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Cəlilabad, Qazax, Quba, Şamaxı, Şəki və Zaqatala filialları Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialları hesab olunur.

Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan qanunvericilik aktlarının bu sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Prezidentinə məlumat vermək; bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılsın.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir