!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Pelenin oğlu həbs edildi

!Reklam – Yazi

Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) həbs olunub.

O, 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Qeyd olunub ki, 2014-cü ildə məhkəmə onun barəsində narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilərək 33 il müddətinə həbs qərarı çıxarmışdı. Ancaq apellyasiya şikayətinə baxıldığı üçün o, müvəqqəti azadlıqda olub.

Fevralın 23-də məhkəmə ittiham hökmünü tam təsdiqləyib və cəzanı yüngülləşdirərək 12 il 10 aya endirib. 46 yaşlı Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib: “Çox məyusam, çünki məni etmədiyim cinayətdə – çirkli pulların yuyulmasında ittiham edirlər”, – deyə o bildirib.

Yeniçağ.az

www.yenicag.az

1399
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv