!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Pənah Hüseyn seçki məntəqəsinə hücum etdi-FOTO

!Reklam – Yazi

PehanllıBu gün saat 08.37-də 63 saylı Sabirabad birinci seçki dairəsinin 13 saylı Sabirabad şəhər seçki məntəsində (məntəqə Sürücülük Məktəbində yerləşir) qeyri-adi hadisə baş verib.

“Azadlıq-2015” blokundan deputatlığa namizəd Pənah Çodar oğlu Hüseyn seçki zamanı qanunazidd hərəkətlər edib.

Belə ki, P.Hüseyn səhər saatlarında Sabirabad şəhər və Qalağayın kənd məntəqələrinə gələrək orada öz təbliğatı-təşviqatı ilə məşğul olub, açıq-açığına orada olan seçiciləri ona səs verməyə çağırıb, dövlət və dövlətçilik əleyhinə şüarlar deyib, məntəqə seçki komissiyasının üzvlərini təhqir edərək bir sıra digər qanunsuz hərəkətlərə yol verib. İş o yerə çatıb ki, 13 saylı Sabirabad şəhər məntəqəsindəki müşahidəçisi Xalid Sərxoşov vətəndaşlar Hüseynov Əlican Cəlil oğlu, Cəfərova Günay Nazim qızı və Cəfərova Alidə Nazim qızının əlindən seçki bülletenlərini (3 bülleten) zorla alaraq orada olan P.Hüseynə vermiş, o isə bülleteni cibinə qoyaraq məntəqəni tərk edib. Məntəqə sədri Eynulla Rzayev onu intizama dəvət etsə də P.Hüseyin əhəmiyyət verməyib.

Məntəqə üzvləri baş vermiş hadisə barədə akt tərtib edərək 63 saylı dairənin sədri Məstalı Nuriyevə veriblər. 63 saylı seçki dairəsinin sədri isə bu barədə MSK-nı rəsmən məlumatlandırıb. (femida.az)

Penahhh 20151101_12204756_956396984417252_1976621831_n

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv